Şakiranı hiddətləndirdilər: Əli ilə ətəyini tutaraq tələsik səhnəni tərk edib

Futbolçu Jerar Pike ilə münasibətini bitirən və eşq həyatı ilə bağlı verdiyi açıqlamalarla tez-tez gündəmə gələn Şakira səhnədə yaşadığı hadisədən sonra konserti tələsik tərk edib.

Sherg.az xəbər verir ki, 47 yaşlı müğənni "Soltera" adlı yeni mahnısını ifa edərkən bəzi dinləyicilərin onun ətəyinin altından çəkməyə çalışdığını görüb.

 
Ulduz iki əli ilə ətəyindən tutaraq səhnədən enərək onu narahat edənlərə xəbərdarlıq edib.

Sosial şəbəkələrdə yayılan video qısa zamanda yayılıb. Şakira daha sonra səhnəni tərk edərək VİP zonadakı mühafizəçilərin yanına gedib.


Müğənni deyib: "Onların etdikləri iyrəncdir!" və "Bu, dəhşətli davranışdır. Sənətçilər də səhnədə hörmətə və gizliliyə layiqdirlər".