Pınarla Kaan evlənir - İlk FOTO

Türkiyəli aktrisa Pınar Deniz bu gün Milanda aktyor Kaan Yıldırımla evlənir.
Bakupost.az xəbər verir ki, keçən il İngiltərənin Kembric şəhərində evlilik təklifi alan Pınar Dəniz bu gün Kaan Yıldırımla ailə qurur.
Serialı bitdikdən sonra layihələrdən imtina edən Pınar Dənizin 1,5 aylıq hamilə olduğu məlum olub.
Münasibətlərini diqqətdən kənarda yaşayan cütlük toy məkanı üçün Milanı seçib. Bir müddət əvvəl toydan əvvəl Milanda vaxt keçirən cütlük hazırlıqlara başlayıb. Pınardan ilk foto da gəlib.

Bir müddət əvvəl reklam siması olduğu markanın dəvəti ilə kamera qarşısına keçən Pınar Dəniz hamiləliyi ilə bağlı suallara səssiz qalaraq, "Qızardım. Heç nə demək istəmirəm, amma bəli, biz çox xoşbəxtik”.