Azərbaycanlı müğənni qəzaya düşdü: vəziyyəti ağırdır

Müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşüb.

Sherg.az Olay.az-a istinadən xəbər verir ki, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib.

İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın sağ tərəfdən TIR-la toqquşub. T. Məmmədov dərhal xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilib.