Sertab Erener İzmirdəki konsertini ləğv edib

Məşhur müğənni Sertab Erener İzmir konsertini ləğv etdiyini açıqlayıb. Müğənni “Bildirmək istəyirəm ki, iyul ayından bəri davam edən konsert ləğvlərinin heç birinin mənimlə bağlılığı yoxdur” deyib.
Sherg.az xəbər verir ki, İzmirdəki konsertini ləğv edən Sertab Erener məsələ ilə bağlı açıqlama verib. Sosial media hesabından pərəstişkarlarına açıqlama verən Erener təşkilat şirkəti lazımi şərtləri yerinə yetirmədiyi üçün konsertin baş tuta bilməyəcəyini bildirib.

Erener aşağıdakı ifadələrdən istifadə edib:

"Hər kəsə salam, ilk növbədə, bu açıqlamanı verdiyimə görə çox üzr istəyirəm. Təşkilat şirkəti lazım olanı təmin edə bilmədiyi üçün sentyabrın 18-də İzmirdə biletləri hələ də satışda olan konsertimi ləğv etməli oldum. Konsertin baş tutmaması mənimlə bağlı deyil, aşağı düşmək 32 illik karyeramın ən böyük qorxusudur, bütün dinləyicilərimdən üzr istəyirəm. Tezliklə başqa konsertlərdə də görüşməyə şadıq. Mən sizi çox sevirəm, anlayışınız üçün təşəkkür edirəm."