Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI

Müğənnilərin toy qiymətləri yenə müzakirə olunur. Xüsusən də Məhərrəmlikdən sonra toylara dəvət ediləcək müğənnilərin qiyməti maraqlı olur.
 Sherg.az xəbər verir ki, “Cebheinfo.az” şou biznes ulduzlarının son toy qiymətlərini araşdırıb.

Bəlli olub ki, toy bazarında istənilən qiymətə oxuyan müğənnilər var. 50-100 manatdan başlayaraq 10, hətta 20 minə toy idarə edən müğənnilər var. Mügənnilərin qiyməti adətən onun reytinqinə və statusuna görə dəyişir.

Əsasən yarım saatda 4-5 mahnı ifa edən müğənnilərə qiymət daha əlçatan olduğu üçün müraciət edilir. Amma toyu əvvəldən-axıra qədər idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də əlavə edir və bu, daha baha başa gəlir.

Müğənni Nadir Qafarzadə “Cebheinfo.az” açıqlamasında deyib ki, o, bütün toyu idarə etmək üçün 10 min manat istəyir:

“Ortaq qiymətə razılığa gəlirəm. Şadlıq evində toy başlayandan bitənə qədər məclisi peşəkarcasına idarə edirəm. Mənim idarə elədiyim toyda bayağı musiqilərdən söhbət gedə bilməz. Bəzən qonaqlar mənim ifamı, üslübumu birmənalı qarşılamırlar ki, niyə bu mahnını ifa etmirsiniz? Amma mən hər dəfə onlara demişəm ki, yalnız öz üslubuma uyğun olaraq ifa edirəm”.

Başqa bir mügənni- Luna Əliyeva adı ilə tanınan Aygün Səfərliyevanın prodüseri bildirib ki, o, toylara razılaşma yolu ilə gedir:

“Luna xanım daha çox bölgələrdə toylara dəvət olunur. Qiymət isə razılaşma yolu ilə müəyyən olunur. Normal halda bölgələrdə toy şənlikləri olduqda qiymət 2000-3000 arası dəyişir. Amma Bakıya yaxın ərazilərdə olduqda daha münasib qiymətə razılaşmaq olur”.

Digər məşhur mügənnilərin yarım saatlıq, həm də bütöv toy qiymətləri təxminən 1000-20 min arası dəyişir:

Vasif Məhərrəmli – 2500 – 10 000 AZN

Ətraflı
Ad - 00:10

Sevda Yəhyayeva – 3000 – 9000 AZN

Manaf Ağayev – 3000 – 6000 AZN

Brilliant Dadaşova – 7000 – 20 000 AZN

Tünzalə Ağayeva – 4000 – 15 000 AZN

Zamiq – 3500 AZN – 4000 – 10 000 AZN

Aygün Kazımova – 5000 – 10 000 AZN

Zülfiyyə Xanbabayeva – 4500 – 5000 AZN

Xumar Qədimova – 4000 – 5000 AZN

Elton Hüseynəliyev – 3500 – 4000 AZN

Miri Yusif – 8000 – 10 000 AZN

Nigar Camal – 3500 – 4000 AZN

Günay İbrahimli – 3500 AZN.