Britni Spirs də ABŞ-ni tərk etdi: Onlar mənimlə çox qəddar davrandılar

Sosial media paylaşımları ilə gündəmdə qalan məşhur müğənni Britni Spirs də ABŞ-dan ayrılan ulduzlara qoşulub.
Sherg.az xəbər verir ki, qalmaqalları ilə tez-tez ad çıxaran məşhur müğənni dekabrın 2-də 43 yaşını qeyd edib. Ad gününü qeyd edən Spirs eyni gündə 
Sam Asgharidən rəsmi şəkildə boşanıb. 7 ay əvvəl Asghari ilə yollarını ayırdığını açıqlayan Spirs indi subaydır!
Məşhur müğənni ad günündə ABŞ-ı tərk etdiyini açıqlayıb.

Müğənni ölkəni tərk etmə səbəbinə gəlincə, "Paparassilərin üzümü ağ maska ​​taxmış kimi göstərməsi məni çox ağrıdır. Mənə heç bənzəmir. Həmişə mənə qarşı inanılmaz qəddar olublar..." deyə bildirib.

Məşhur müğənni son aylarda sosial şəbəkə hesabında "Subayam" yazısını paylaşaraq "Yaşadıqca başqa kişi ilə olmayacam!" deyə əlavə edib.