Dəniz Akkaya 13 il 4 ay azadlıqdan məhrum edildi

Türkiyəli məşhur model Dəniz Akkaya 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Kult.az xəbər verir ki, ötən gün İstanbul 19-cu Ağır Cəza Məhkəməsində baş tutan proses zamanı o yanındakı 5 adamla birlikdə keçmiş meneceri Merih Yılmazı döyməkdə ittiham edilib.

D.Akkaya Merihi ona külli miqdarda borcu olduğu üçün döydüyünü bildirib.

Məhkəmədə hakim model və onun yanındakı 5 şəxsin (Erdi Taşçı, Mehmet Dəmir, Oğuzhan Müezzino, Uğur Kamal Suksan və Yəhya Yılmaz Tüleyli) 13 il 4 aya qədər həbsinə qərar verib.