Əfsanəvi aktyor Amerikanı tərk etdi: Həyat yoldaşı üçün şərəfli həyatını geridə qoyub

Bütün zamanların ən yaxşı aktyorlarından biri hesab edilən amerikalı aktyor Riçard Gere Amerikadan köçmək qərarına gəlib.

Sherg.az xəbər verir ki, İspaniyanın paytaxtına köçən məşhur aktyor 41 yaşlı həyat yoldaşı Alejandra Silva və üç övladı ilə Madriddə yeni səhifə açıb. “Biz həmişəkindən daha xoşbəxtik, çünki Alejandra evdədir və o xoşbəxtdirsə, mən də xoşbəxtəm”, – aktyor "Elle Espana" jurnalına deyib.

2014-cü ildə keçmiş həyat yoldaşı Keri Louelldən boşandıqdan sonra Silva ilə İtaliyada tanış olan Gere, onu və həyat yoldaşını bir yerdə saxlayan şeyin ətraf mühitə dair ortaq maraqlarının olmasıdır. Cütlük bir çox layihələrdə birlikdə çalışıb.

Silva, Amalfi sahilindəki Pozitanoda ilk tanış olduqları vaxtdan çox yaxşı anlaşdıqlarını və 2018-ci ildə evləndikdən sonra arzularını və məqsədlərini daha da uyğunlaşdırdıqlarını söyləyib.

Silva Gere ilə münasibəti haqqında, "Biz ruh yoldaşı kimiyik. Eyni dəyərlərimiz var, dünyaya eyni şəkildə baxırıq və ilk andan bir-birimizi çoxdan tanıyırıq kimi hiss etdik. Və bu yalnız bir dəfə olur”.

Gere, ilk dəfə 2024-cü ilin aprelində "Vanity Fair Spain"-ə verdiyi müsahibədə İspaniyaya köçməyi planlaşdırdıqlarını açıqlamışdı. Aktyor bildirib ki, həyat yoldaşının məmləkətinə köçməsi onun qohumları ilə daha yaxın olmasına şərait yaratmaqdır:

"Alejandro üçün ailəsinə, dostlarına və mədəniyyətinə yaxın olmaq çox gözəl olacaq. Öz dünyamda yaşamaq üçün mənə 6 il verərək çox mərd davrandı, bu üzdən ona öz dünyasında yaşamaq üçün ən azından 6 il daha vermək ədalətli olur"