"Koriş" 10 ildən sonra qayıdır

Türkiyəli aktyor Onur Büyüktopçunun yeni layihəsi bəlli olub.

Axşam.az xəbər verir ki, aktyor "Cift kişilik oda" serialında rol alacaq. O, "Kamil" obrazını canlandıracaq.

Qeyd edək ki, ekran işində baş rolları Ulaş Tuna Astepe və Devrim Özkan paylaşacaq.

Onur 10 il əvvəl "Kiralık aşk" serialındakı "Koray" (Koriş) obrazı ilə tanınıb. Aktyor ara-sıra kiçik rollar canlandırıb. O, uzun müddət seriallara dəvət almamasından şikayətlənirdi.