Mənzurə Musayeva xaricə toya bu qiymətə gedir

Müğənni Mənzurə Musayeva duet ortağı Mirələm Mürsəlli ilə xaricdəki toylardan qazandığı məbləğlə gündəmə gəlib.

Sherg.az Publika.az-a istinadən xəbər verir ki, müğənni “El Canlı” verişində bu barədə danışıb.

“Əsas xaricə toya getməkdir. Gedirsən, qazancın danışdığın məbləğdən çox olur. Buna görə də qiymət o qədər də önəmli deyil. Sifariş o qədər olur ki, heç yığıb-yığışdıra bilmirsən. Duet ortağımla Surquta toya getmişik, 40 min dollar qazanmışıq. Hələ danışıqdan əlavə. Krasnoyarska toya 20 min dollara getmişəm”, - o bildirib.