Cennifer Lopez İrəvana gəlir

Məşhur pop ulduz Cennifer Lopez dünya turu çərçivəsində İrəvanda konsert proqramı ilə çıxış edəcək.

Axar.az xəbər verir ki, Lopez bu barədə özünün İnstaqram səhifəsində məlumat yayıb.

Lopezin konserti 3 avqust tarixində Vazgen Sərkisyan adına Respublika Stadionunda baş tutacaq.

Tur çərçivəsində müğənni Türkiyə, İspaniya, Misir, Macarıstan, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanda da konsertlər verəcək.