
Rusiya tərəfi İran və İsrail arasında seçim edə bilməz -ANALİTİK
09:48 22.07.2025
Region
364
Rusiya İslam Respublikası ilə İsraili dəstəkləmək arasında seçim qarşısında qalsa, mütləq İsraili seçəcək.
Bunu İranın Rusiyadakı keçmiş səfiri Nemətullah İzzədi deyib.
O, “Camaran” saytına müsahibəsində İran-İsrail müharibəsi zamanı Rusiyanın İrana dəstək vermədiyini xatırladıb.
Ukrayna müharibəsində İranın Rusiyaya dəstək verdiyinə toxunan İzzədi Tehranla Moskva arasındakı hərbi əməkdaşlığın daha çox birtərəfli olduğunu və İranın Rusiyaya birtərəfli yardım etdiyini bildirib:
“Məncə, bizim Rusiya ilə hərbi müqavilələrimiz və Ukrayna müharibəsində ona yardımımız birtərəflidir, kritik anlarda Rusiya bizə qarşılıqlı yardım etməyib, çünki Rusiya İranın ona dəstəyi qarşılığında onun da İrana dəstəyi şərtini qəbul etməyib”.
Nemətullah İzzədi Rusiyanın İrana inanmadığını qeyd edib:
“Rusların fikrincə, İran mürəkkəb və hərəkətlərinin proqnozlaşdırılması çətin bir ölkədir və təbii olaraq ruslar böhran dövründə maraqlarını təhlükə altına salacaq belə bir ölkə qarşısında öhdəlik götürmürlər”.
Siyasi Şərhçi Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, bu fikirlər keçmiş rəsmi şəxsin sözləridir:

“Rusiya tərəfi nə vaxtsa ya İran, ya da İsrail arasında seçim edə bilməz. Çünki Rusiya xaosla bəslənir. Ona dost-düşmən fərq etmir, sadəcə ölkələrarası münaqişələr maraqlıdır. Əgər münaqişə olarsa, İranın Rusiyaya ehtiyacı olacaq. Rusiya isə bu vəziyyətdən məmnun qalcaq. Çünki bu ona imkan verəcək ki, ikitərəflə də danışıqlarda üstünlük əldə etsin. Yəni tərəflər münaqişədə olacaq və savaşda olan tərəf isə başqa dövlətlərlə xoş davranmağa çalışacaq. Ümumiyyətlə Rusiya üçün onun öz maraqları daha üstündür. Kreml arzulayır ki, hanısısa dövlətləri özündən asılı hala salsın. Hətta Rusiya Şərq bloklaşması yaratmaq istəyir və Qərbə qarşı müharibə addımları atır”.
Siyasi şərhçi qeyd edib ki, İsrailin İrana zərbələr endirdiyi və İranın köməyə ehtiyacı olduğu zamanda Rusiyanın səssizliyi göz önündə idi:
“Rusiya özünü hər nə qədər kollektiv Qərbə qarşı münaqişə edən tərəf kimi göstərməyə və ABŞ ilə dünyəvi rəqabətdə olduğunu deməyə çalışsa da, o, özünün tərəfdaşını müdafiə etmədi. Bu etnik yahudilərin dünya kapitalında çox önəmli pay sahibi olması və o, məsələyə tərəfdaşının gözündən baxmasından irəli gəlir. Yəni rəsmi Moskva özünün maraqları ilə hərəkət etdi. İran tərəfi də anlamalıdır ki, Rusiyaya güvənmək olmaz”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət