
Politoloq: Sərkisyanın son açıqlaması təhdid elementləri daşıyan mesajdır
13:16 11.09.2025
Cənubi Qafqaz
548
O, cəmiyyətə və hökumətə “zorakı ssenari də mümkündür” eyhamını vurur
Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil
“Ermənistanda hakimiyyət dəyişikliyi məsələsi həmişə gündəmimizdə olub və bu gün də var”.
Bunu Ermənistan sabiq prezidenti Serj Sərkisyan deyib.
“Buna nail olmağın ən düzgün və optimal yolu hökumətə və baş nazirə (Nikol Paşinyan) etimadsızlıq bildirməkdir, yəni impiçmentdir. Parlament təkcə danışmaq yox, həm də dinləmək yeridir. Qulağı olan dinləyəcək”, - o qeyd edib.
Sərkisyan Paşinyanı aradan götürməyin digər yollarına da toxunaraq, Nepalda kütləvi nümayişlər zamanı etirazçılar tərəfindən hökumət üzvlərinin öldürülməsinə diqqət çəkib:
“Beynəlxalq təcrübəyə baxın: dünən dünyada iki böyük hadisə baş verdi: Nepal və Fransada. Xalqın etimadını qazanmayan hökuməti vəzifədən uzaqlaşdırmağın və ya impiçment etməyin iki yolu var. Biri Nepal yoludur - zorakılıq və qətllər vasitəsilə, digəri Fransadır - parlament vasitəsilə. İndi biz xalqımıza nə təklif edə bilərik?”.
Sələfi Robert Köçəryanla bu məsələdə niyə razılığa gələ bilmədikləri soruşulduqda o, belə cavab verib: “Sizdən xahiş etdim ki, ikinci prezidentlə bağlı mənə sual verməyin”.
Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Serj Sərkisyanın son açıqlaması əslində sırf siyasi debat yox, həm də təhdid elementləri daşıyan mesajdır:

"O, hakimiyyət dəyişikliyinin “Nepal yolu”nu misal göstərməklə cəmiyyətə və hökumətə “zorakı ssenari də mümkündür” eyhamını vurur. Bu, həm Paşinyan üzərində psixoloji basqı yaratmaq, həm də müxalifət tərəfdarlarını küçə variantına hazırlamaq cəhdi kimi görünür. Əslində Ermənistan siyasi ənənəsində zorakılıq nümunələri az olmayıb. Sərkisyanın belə açıq dillə bu nümunəyə istinad etməsi çox təhlükəli ritorikadır. Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil. Çünki Ermənistan nə beynəlxalq kontekstdə, nə də daxili ictimai mühitdə belə bir zorakılığı daşıya biləcək resursa malikdir. Ermənistanda siyasi proseslər daha çox parlament mexanizmləri üzərindən idarə olunur və küçə etirazları genişlənə bilsə də, dövlət çevrilişi səviyyəsinə çatması çətin görünür. Sərkisyanın dedikləri daha çox siyasi şantaj və öz mövcudluğunu gündəmdə saxlamaq niyyətidir".
Analitik əlavə edib ki, burada əsas məqsəd Paşinyanı zəiflətmək və onu legitimlik böhranına sürükləməkdir:
"Amma “Nepal yolu”na işarə həm daxildə, həm də xaricdə Ermənistanın imicinə ciddi zərbə vurur. Çünki bu tip ritorika dövlətin sabitliyini sarsıdan bir mesaj kimi qəbul edilir. Paşinyanın hazırkı mövqeyi zəif görünsə də, müxalifətin radikal ritorikası əksinə, hakimiyyətin beynəlxalq dəstəyini gücləndirə bilər. Ermənistan cəmiyyətində də zorakı dəyişikliklərə dəstək çox məhduddur. Nəticə etibarilə, Sərkisyanın çıxışı daha çox siyasi emosional reaksiyadır, real siyasi plan deyil. Bu baxımdan, Ermənistanın gələcəyi üçün təhlükə Paşinyanın siyasətində yox, müxalifətin zorakı çıxışlara üstünlük verməsindədir. Əgər bu ritorika davam edərsə, Ermənistan daxili parçalanma təhlükəsi ilə üz-üzə qala bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol