Afət sözündən dönmür: “Flora Kərimovanı bağışlamayacam”
Yusif Sultanoğlu
10:27 23.06.2021
Şou
1131
“Məlum mahnı ilə bağlı bir neçə nəfər mənə söz atmışdı. Cavablarını verdim. Nüşabə Ələsgərli, Roza Zərgərli, Sevda Sanəliyeva ilə barışmışam. Nüşabə xanım daha çox ajiotaj yaratmışdı. Qalmaqal hesab olunurdu. Digər xanımlardan sadəcə inciklik var idi”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “7 Canlı” proqramında müğənni Afət Fərmanqızı söyləyib. O, ona göstərilən 6 məşhur haqda fikir bildirib:
“Rüfət Axunovla bir-iki dəfə ev şənliyi ilə bağlı danışmışıq. Efirdə də rastlaşmamışıq, birgə fotomuz da yoxdur. Amma onu özümə yaxın hesab edirəm. Çünki çox yaxşı insandır”.
A.Fərmanqızı “Eurovision” qalibi Nigar Camalı tanımayıb:
“Nigar Camal kimdir? Aktrisadır? Onda xoşum gəlməyən məşhur elə o olsun.
Flora Kərimovanı heç vaxt bağışlamayacam. Sənətini sevirəm, amma məni təhqir etdiyi üçün onu əfv etmərəm. Tənqid yox, təhqir edib.
Sevda xanım mənə söz atıb. Amma gündəmə gəlmək üçün belə etdiyini demirəm. Hamının mahnısını bilirəm. Roza xanımın ifalarından xəbərdar deyiləm. Yəqin repertuarı ruhuma yaxın deyil.
Kaş Brilliant Dadaşova ilə aramızda soyuqluq olmazdı. Həmin mahnı ilə bağlı qalmaqalda söhbətin nədən getdiyini bilmədi. Səhv məlumatlandırdılar. Bilmirdilər ki, F.Kərimova məni təhqir etmişdi. Mən də təhqirə tənqidlə cavab verdim. Məni də dəli kimi sevənlər var. O təhqir edən adamı görəndə xəsarət yetirərlər deyə, açıqlamadım. Jurnalistlərdən kim istəsə zəng etsin, onlara həmin təhqirləri göndərim, amma yaymasınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya