Britni Spirs: Bir daha əsla ABŞ-də səhnəyə çıxmayacam

Məşhur müğənni Britni Spirs verdiyi son açıqlama ilə pərəstişkarlarını təəccübləndirib. Sosial şəbəkədə paylaşım edən sənətçi bir daha ABŞ-də konsert verməyəcəyini bildirib.

Sherg.az xəbər verir ki, qərarını “son dərəcə həssas səbəblərlə” izah edən Spirs, buna baxmayaraq gələcəkdə İngiltərə və Avstraliyada oğlu ilə birlikdə səhnəyə çıxmağı arzuladığını qeyd edib.

2018-ci ildən bəri səhnələrdən uzaq qalan 44 yaşlı müğənni, pianoda çəkilmiş köhnə fotosunu paylaşaraq, bu aləti oğluna göndərəcəyini və onunla birlikdə çıxış etmək istədiyini vurğulayıb. Spirsin hansı oğlunu nəzərdə tutduğu açıqlanmasa da, daha əvvəl Jayden Jamesin piano çaldığı video paylaşması diqqət çəkib.