Elnarə: "O müğənnilər mahnıların baxış saylarını “pulla vururlar”
18:07 09.01.2020
Şou
894
"Sosial şəbəkələrdə məşhur olan mahnıları bəyənmirəm. Onların hamısı bayağı musiqilərdir". Oxu.Az xəbər verir ki, bunu Müğənni Elnarə Xəlilova “Show news” proqramına açıqlamasında deyib.
İfaçı sosial şəbəkələrdə senzuranın olmadığını bildirib:
“Musiqi təhsili olan biri olaraq o cür mahnıları necə bəyənə bilərəm? Sosial şəbəkədə senzura və bədii şura deyilən bir şey yoxdur. Kim necə gəldi, mahnıları oxuyub nümayiş etdirir”.
Elnarə Xəlilova iki gün içərisində mahnıları “Youtube”da bir milyon baxış sayını keçən Şəbnəm Tovuzlu, Damla, Vəfa Şərifova, Zemfira İbrahimova, Türkan Vəlizadə və Talıb Tale kimi müğənnilərin “at oynatmasını” tənqid edib:
“Youtube”da saxtakarlığa əl atanlar az deyil. Sosial şəbəkələrdə də bu işlərdən fayadalananlar var. Mənim də mahnılarımın 500 min və ya 800 min baxış sayları olan vaxtları olur. Amma bu iki və ya üç günə başa gələn bir məsələ deyil. İndi isə o prosesi bilmədiyim hansısa yollarla edirlər. Trendə düşən mahnıları, ancaq “pulla vurmaq” olar.
Nə “Instagram”, nə “Facebook”, nə də “Youtube” səhifəmdə saxtalıq yoxdur. Hər şey özüm kimi həqiqidir. Tamaşaçılarımı saxta baxışlarla aldada bilmərəm. O zaman özüm-özümü aldatmış olacağam. Nə mənası olacaq? Məni sevən tamaşaçılarımın sayı az olsa da, hamısı həqiqidir. Həmişə onların olması yetər.
Zər qədrini zərgər bilər. Mən fikirdə, əqidədə, ağılda və zövqdə çox insan ola bilməz. Ona görə də “Youtube” səhifəmdə milyon baxış sayının olacağını gözləmirəm.
Ümumiyyətlə, mahnılara qulaq asmaq zövq məsələsidir. O mahnıları bəyənənləri qınaya bilmərəm. Buna mənim haqqım çatmır. O şəxslərin zövqü odur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm