SEPAH Fars körfəzinin şimalında dörd gəminin partladıldığını bildirib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzinin şimalında dörd gəminin partladıldığını və hazırda yandığını açıqlayıb. Sherg.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.

SEPAH-ın bəyanatına görə, əvvəllər icazəsiz marşrutlardan istifadə edən gəmilər körfəzin şimalında bir gəmidən digərinə neft ötürərkən aşkarlanıb. Bildirilib ki, dörd gəmi eyni vaxtda partladılıb və hazırda yanır.

SEPAH ABŞ-ın gəmiləri Hörmüz boğazından İranın icazə vermədiyi marşrutlarla hərəkət etməyə təşviq etməsinin dəniz insidentlərinin sayını artırdığını iddia edib. Qurum ABŞ hərbçilərini bu addımların davam edəcəyi təqdirdə regiondakı hərbi bazalara cavab zərbələri endiriləcəyi barədə də xəbərdar edib.

Qeyd edək ki, Hörmüz boğazı dünya bazarına neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın çatdırılması baxımından mühüm strateji marşrutdur.