Məşhurların bilinməyən xəstəlikləri, vərdişləri...
Yusif Nəzərli
20:12 19.11.2021
Şou
623
Beren Saatın dırnaqlarını gəmirmək kimi pis bir vərdişi olub
Məşhurlar pərəstişkarlarına şən, qayğısız, problemsiz həyat keçirir kimi görünə bilər. Lakin onların da həyatlarında baş edə bilmədikləri problemləri, hətta xəstəlikləri, ya da mənfi vərdişləri var. “Şərq” Türkiyə mediasına istinadən bəzi məşhurların içində çabaladığı problemləri açıqlayır.
Sevilən aktrisa Beren Saatın dırnaqlarını gəmirmək kimi pis bir vərdişi varmış. Uzun müalicədən sonra aktrisa nəhayət ki, dırnaqlarını “yeməkdən” xilas ola bilib. Aktyor və aktrisalar üçün ümimiyyətlə, dırnaq gəmirmək çox pis bir vərdiş hesab edilir. Bir çox aktyorlar çəkiliş meydançasındakı stres ucbatından bu pis vərdişə yiyələnirlər.
Sərtab Erener kolit xəstəliyi ilə uzun müddət mücadilə edib. Türkiyə və ABŞ-da müalicə alıb. Xəstəlikdən qurtulmaq üçün böyük miqdarda pul da xərcləyib. Sonunda xəstəlikdən xilas olub.
Sezen Aksu – türk musiqisinin “minik sərçəsi” illərdir panik-atakla mücadilə edir. Uzun illər müalicə almasına baxmayaraq hələ də bu rahatsızlıqdan yaxa qurtarmayıb.
Bəyazit Öztürk badamcıqlarındakı xroniki xəstəlik üzündən tez-tez həkimə müraciət edir. Badamcıqları xəstə olduğu üçün yeyib-içdiyinə daim diqqət etmək, soyuq içkilərdən uzaq durmaq məcburiyyətindədir.
Ebru Gündeş 2000-ci ildə musiqi albomunun təqdimatı zamanı kameralar önündə yerə yıxılması bu gün də pərəstişkarlarının xatirindədir. Məlum olduğu kimi Ebru Gündeş o zaman beyin travması keçirmişdi, əməliyyat olundu, uzun müddət də müalicə aldı. Ebru Gündeş beyin damarlarında əmələ gələn baloncuqlar səbəbindən vaxtaşırı həkim müayinəsinə gedir.
Dəfnə Samyeli isə döş xərçənginə yaxalanmışdı. Müalicə müddətində xərçəngə, o cümlədən də döş xərçənginə “cəbhə” açması, bu xəstəlikdən əziyyət çəkən qadınlara dəstək olması ilə fərqləndi.
Seda Sayanın tiroid vəzi (zob xəstəliyi də deyə bilərik) rahatsızlığı var. Müntəzəm dərmanlar qəbul edir. Bu xəstəliyin çarəsi bilinmədiyi üçün ünlü ifaçı diqqətli davranmalıdır. Adicə nahar etdiyi zaman da anidən rahatsızlana bilər, çünki.
Nurseli İdizdə isə depressiv xəstəlik sayılan bipolar pozğunluğu vardır. Gah özünü yaxşı hiss edir, gah da heç bir əsaslı səbəb olmadan halı pisləşir, depressiyaya düşür.
Kıvanc Tatlıtuğ bir müddət yuxusuzluq sindromu ilə mübarizə aparıb. Çətin günlər yaşayıb. Lakin müalicə nəticəsində xəstəlikdən xilas olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm