Rozadan Rəhimə şillə kimi CAVAB:"O nə tamaşa, nə oyun idi?"
Yusif Sultanoğlu
08:11 21.06.2021
Şou
803
Bir müddət öncə müğənni Rəhim Rəhimli “ATV Maqazin onlarla “ proqramının “33 sual” rubrikasında qonaq olarkən həmkarı Roza Zərgərlinin ünvanına sərt səzləri söyləyib. O, Rozanın “Rəhimin evində də olmuşam” açıqlamasını təkzib edib.
“Sherg.az” xəbər verir ki, R.Zərgərlidən Rəhimə cavab gecikməyib. Sənətçi həmin verilişdə həmkarının iddialarına cavab verib:
“Rəhmətlik rüfətin klipində bir yerdə olmuşuq. Necə məni həyatında 4 dəfə görmüsən?! Həmin klipə görə studiyada, sonra mahnı bəstələnəndə, sözlər bölünəndə, bir də klip çəkilişində görüşmüşük. Bu dörd etdi. İllərlə başqa görüşlərimiz də olub. Yadında deyil evinə gələndə xaricdən yeni qayıtmışdın?! O zaman nə proqramlar, nə mahnılar, nə də obrazların var idi. Mahnı satıb özünü dolandırırdın. Hamımızın pis günü olub. Sən də səhnəyə yeni gələn müğənnilərə ehtiyac duyurdun. Evinə girdim sağ tərəfdə otaq və fortepiaona yerləşirdi.
Bir az xatırla. Bəlkə də, səhərlər yuxulu olursan. Amma ananın əllərindən bir daha öpürəm. Çay da süzdü, şirniyyat da verdi, çox kübar xanımdır. Rəhim deyir ki, mən Roza ilə səhnə bölüşməmişəm, Aygün xanımla, Röya ilə oxumuşam. Sonra birdən səhhəti düzəlir və mənimlə birgə ifa etdiyini xatırlayır. Özü də onu mən dəvət etmişdim”.
İfaçı həmçinin R.Rəhimlinin “Roza musiqiçilərin pulunu ödəməyib” itdihamından da bəsh edib:
“Cəsərətli şəkildə həmin musiqiçiləri qızışdırdığını etiraf etdi. Bunu bəyəndim. Yaxşı dost idinsə, onları qızışdırmazdın. Deyərdin, dostumun cibində pul yoxdur, onun əvəzindən ödəyim. Sonra da mənə zəng edərdin maraqlanardın. Deyir, indi zəng edim musiqiçidən soruşum. Canım, mən ixtisasca rejissoram. Olmayan borcumu indi ödəmək istəyirsənsə, iki il gecikmisən. Elə öncədən bağlayardın da. O nə tamaşa, nə oyun idi? Şekspir sənin üçün ağalayır. Səmimi deyilsən. Səmimi olsan, qadınlarla dostluq etməyi bacarardın. Bir neçə sənətçi qadın səninlə dostluq edib, sonra ayrılmısınız. Yaxşı olsan, sona qədər dost olardılar. Rozaya nə olub?! Allah Rəhimə rəhmət eləsin. Rəhmət ölüyə, diriyə də oxunur. Mənim də ağlım başımdadır. İnşallah beləcə də göylərə gedərəm. Rəhim, sən diri-diri rəhmətsən. Ağıllı ol”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi