Səfurə Əliyeva: "Musiqi hər zaman içimdə yaşayır, ailəm isə məni ruhlandırır"
15:30 09.01.2020
Şou
628
Yenidən “Avroviziya” mahnı yarışmasında iştirak etmək fikrim yoxdur. Yarışmada bir dəfə iştirak etmək yetərlidir. Oxu.Az xəbər verir ki, bunu müğənni Səfurə Əliyeva WiwiBloggs.com-a verdiyi müsahibədə deyib.
Səfurə Əliyeva yanvarın 10-u saat 00:00-da yeni mahnısını “High on your love” təqdim edəcəyini açıqlayıb.
“Ailə qurduqdan və ana olduqdan sonra musiqi haqqında düşünməyə vaxtım belə yoxdur. Amma sonradan düşünməyə başladım ki, musiqiyə geri qayıtmayacağamsa, bunu hobbi kimi davam etdirə bilərəm. Çünki bir çox insanlar mahnı oxumağımı istəyir. Hətta dünyanın bir çox yerindən mahnı təklifləri belə gəlir. Məşhur bəstəkar Maykl Ceyms Daun mənə mahnı göndərdiyi zaman “High on your love”un hit olacağını dedim. Buna görə də mahnını yazdırmaq qərarına gəldim. İnanıram ki, hər kəsin xoşuna gələcək”.
“Musiqi həmişə içimdə yaşayır. Ailəm isə həmişə məni ruhlandırır. Yeni mahnımda sevgi və ehtirasdan bəhs edilir. Mahnı aşiq olan bütün sevənlərə aiddir”, - deyə ifaçı bildirib.
Qeyd edək ki, Səfurə Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra sənətdən uzaqlaşıb. Onların İsgəndər, Natiq adlı iki oğlu və Aişə adlı qız övladı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm