"Ürəkləri harda istəyir, təhsil alsınlar" - Müğənnilər övladlarına seçim azadlığı verəcək
Yusif Sultanoğlu
14:25 14.06.2020
Şou
864
“Təhsil millətin gələcəyidir”. Bu ifadəni ümummilli lider Heydər Əliyev əbəs yerə söyləməyib. Təhsil doğurdan da xalqın inkişafında, dünyada özünə layiqli yer tutmasında mühüm rol oynayır. Sevindirci haldır ki, dövrümüzdə ali təhsil almaq üçün kifayət qədər seçim var.
Kimiləri ölkəmizdə, kimiləri isə xaricdə təhsillərini davam etdirmək istəyir. Əlbəttə valideynlər də övladlarını yüksək səviyyəli müəssisələrdə görməyi arzulayırlar.
Görəsən həmişə göz önündə olan məşhurlar necə, övladlarının hansı ölkədə təhsil almağını istəyirlər?
Elə bu sual ətrafında incəsənətin tanınmış simaları ilə sorğu keçirdik.
Xalq artisti Gülyanaq Məmmədova “Sherg.az”a açıqlamasında dedi ki, təhsil seçimində öz vətənimizə üstünlük verir.
- Gözəl universitetlərimiz, təhsilimiz var. Övladımın seçiminə qalır, ürəyi istəsə xaricdə də təhsil ala bilər. Bu da məni sevindirər... Onları ali təhsilli, savadlı görmək istəyirəm. Sənət adamı olduğum üçün dərslərinə diqqət edib, məşğul ola bilmirəm. Bu mövzuda məsuliyyətli davranıram ki, dərslərini yaxşı oxusunlar. Ölkənin fərqi yoxdur, əsas odur gözəl təhsil alsınlar, sonra öz vətənimizdə çalışsınlar. Qismət, indidən bir söz deyə bilmərəm. Uşaqlarımın düşüncəsi və zəhməti əsasında başa gələn bir şeydir...
Sevilən müğənni, xalq artisti Zülfiyyə Xanbabayeva söylədi ki, bunları düşünmək üçün hələ qızının yaşı azdır:
“Artıq 7-ci sinifi bitirdi. Bunu zaman göstərəcək, bəzən əvvəlcədən düşündüyümüz işlər planlaşdırdığımız kimi getmir. Ona görə zamanın axarına həvalə edəcəyik. Təki sağlıq olsun, dünyamız sakitləşsin, vaxtı gələndə düşünərik, bu barədə danışarıq.”
Sənətçi bu günlərdə qəbul imtahanlarında iştirak edən şagirdləri də unutmadı:
“Abituriyentlərə uğurlar arzu edirəm. Allah yollarını açıq etsin, hər kəs arzusuna çatsın. Valideyn üçün övladının universitetə qəbul olması, peşəyə yiyələnməsi çox önəmlidir. Arzu edirəm ki, valideynlərin övladları ilə bağlı diləkləri həyata keçsin. Görürsüz ki, necə zəmanədə yaşayırıq. Hazırda baş verənlər bütün planları alt üst edə bilər. Uşaqlara uğurlar, valideynlərə səbr diləyirəm... “
Tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun arzusu övladlarının xaric də təhsil almasıdır:
-Son vaxtlarda təhsil sahəsində inkişaf gedir. Lakin Avropada, Amerikada, Türkiyədə daha güclüdür, təhsilin tarixi qədimdir. Əlbəttə istərdim ki, xarici ölkələrdə təhsil alsınlar, vətənimizi daha yaxşı təmsil etsinlər. Sonra qayıdıb öz ölkəmizdə yaxşı işdə çalışsın. Əlbəttə bu imkana bağlıdır, hər kəs edə bilməz...
Sevilən xanəndə Eldar Ələkbərov hər iki övladının da Azərbaycanda təhsil aldığını vurğuladı:
“İkisi də ali təhsillidir. Ailəlidirlər, indi öz uşaqlarını hazırlaşdırırlar. Oğlum Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit üzrə təhsil alıb. Qızım isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən məzun olub.”
Tanınmış müğənni Kərimin sözlərindən aydın oldu ki, o seçimdə övladına azadlıq verəcək:
-Həkim, polis və s. ola bilər. Amma ən çox idmana, futbola üstünlük veririk. İstəyərəm xaricdə təhsil alsın, bu da övladımın özündən asılıdır. Hələ 5-6 yaşı olduğuna baxmayaraq ingilis, rus dillərini öyrənir. Çox şeyi, heyvanları, ətraf mühiti dərk edir...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya