"Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 50 illiyi tamam olur. Bu 50 il Azərbaycan tarixinin şanlı səhifələridir".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan bir respublika kimi formalaşıb və müstəqilliyin möhkəm təməlləri yaradılıb:
"Ulu Öndər hakimiyyətdə olduğu illər Azərbaycanın tərəqqi və inkişaf illəri olub. İlk dəfə 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin olunanda respublikamız ittifaq miqyasında ən geridə qalan aqrar respubılika idi. Amma Heydər Əliyevin rəhbər təyin olunması Azərbaycana yeni ruh, yeni nəfəs gətirdi. Ölkənin iqtisadiyyatında sıçrayışlı inkişaf baş verdi. Nəinki aqrar sahə, həm də sənayenin inkişafının təməlləri yarandı. Qısa bir dövrdə ittifaq əhəmiyyətli iri sənaye müəssisələri istifadəyə verildi. Respublikanın qazlaşdırılması, yolların, mədəniyyət ocaqlarının, təhsil müəsisələrin tikilməsinə başlanıldı. Ulu öndəri milli mənəvi dəyərlərin, dilin, adət ənənələrin qorunması və yaşatmasını həmişə düşündürürdü. Heydər Əliyevə qədər Azərbaycanda dövlət dili rus dili idi. Amma ulu öndərin cəsarəti sayəsində Azərbaycan SSRİ Konstitusiyasında dövlət dili Azərbaycan dilinin olması ilə bağlı dəyişikliyə nail olundu və Şəhriyar adına sarayda BDU-nun 50 illiyinə həsr olunmuş tədbirdə respublikanın rəhbəri olaraq ilk dəfə Azərbaycan dilində nitq söylədi".
Parlament üzvü bildirib ki, Ulu Öndər elm və mədəniyyət adamlarına xüsusi diqqətlə yanaşırdı:
"Ulu öndər elmin və mədəniyyətin inkişafına xüsusi diqqət göstərir, gənclərimizi oxumaq üçün ittifaqın mötəbər institutlara göndərir və mədəniyyətimizin ittifaq miqyasında təbliğini genişləndirirdi. Neft sənayemizin inkişafında yeni mərhələ yarandı və Azərbaycanda istehsal olunan neftdən respublikamızın büdcəsinə ayrılan vəsaitlərin həcmi çoxalmağa başlandı. Hətta SSRİ vaxtında Azərbaycanda kosmik sənayenin təməlləri yaradıldı. Azərbaycanın gələcəyində müstəqilliyin yenidən bərpasını qabaqcadan görən Heydər Əliyev Naxçıvanski adına hərbi məktəb yaradaraq hərbi kadrların hazırlanmasına start verdi. Bu gün də Milli Ordumuzun zabit heyəti məhz həmin məktəbin yetirmələridir. Qısa bir müddətdə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə İnkişaf edərək İttifaq miqyasında 3-cü yerə çıxdı. Heydər Əliyevin yüksək səriştəsini və bacarığını görən SSRİ-nin rəhbəri onu ittifaq rəhbərliyinə dəvət etdi və o dövrün ən çətin və geridə qalan sahəsi olan Sibirdə BAM-ın tikintisinə rəhbərliyi ona həvalə edildi. Ulu Öndərin qətiyyəti sayəsində Sibirin yolsuz meşəliklərində dəmir yolunun çəkilişinə nail olundu".
A.Badamovun sözlərinə görə, Azərbaycanın başına gələn bütün bəlalar məhz Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırıldığı illərdə baş verib:
"Ərazilərimiz işğal altına düşdü, ölkədə hərcmərclik yarandı, vətəndaş müharibəsi səviyyəsinə gəldi və ikinci dəfə nail olunduğumuz müstəqilliyimiz əldən getmək təhlüksəi ilə üzləşdi. Ölkənin belə ağır günlərində xalqın tələbi və təkidi sayəsində Heydər Əliyev ölkənin idarəetmə sükanını yenidən öz əlinə alaraq Azərbaycanı bütün bəlalardan xilas etdi. Qısa bir dövrdə nizami ordu yaradıldı, atəşkəsə nail olundu, dövlət idarə etmə strukturu formalaşdırıldı. Ölkənin iqtisadi əsaslarını yaradan neft kontraktının imzalanmasına nail olundu. Bütün vətəndaşların qarantı olan Yeni Konstitusiya qəbul olundu. Aqrar islahat aparıldı. Sənayenin yenidən dirçəlməsinin təməlləri qoyuldu və Azərbaycan müstəqil ölkə olaraq dünyada tanınmağa başlandı. Ulu öndərin xalqımız qarşısında ən böyük xidməti özündən sonra ölkəni etibar edə biləcək yeni bir liderin hazırlanması idi. Bu gün Heydər Əliyev ideyaları üzərində Azərbaycan günü–gündən inkişaf edir və dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilir. Azərbaycan yaşadıqca Ulu öndərin ideyaları yaşayacaq və ölkəmiz çiçəklənəcək. Heydər Əliyevin həyat-fəaliyyəti o qədər zəngindir ki, onun hər bir gününə bir kitab həsr etmək mümkündür. Düşünürəm ki, Ulu Öndərin Azərbaycanın inkişafına verdiyi töhfləri araşdırıldıqca yeni səhifələr açılacaq və cildlərlə yeni əsərlər yazılacaq".
"1969-cu ildə Heydər Əliyevin rəhbər təyin olunması Azərbaycana yeni ruh, yeni nəfəs gətirdi"
18:07 13.07.2019
Tarix
1780

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə avtobus qəzası: 23 nəfər yaralandı
11:34 06.04.2025
Hadisə
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
10:46 06.04.2025
Hadisə
Faktiki hava AÇIQLANIB
10:29 06.04.2025
Ekologiya
Bu şəxslər Ukrayna vətəndaşlığından çıxarılmalıdır
10:08 06.04.2025
Dünya
Gəncədə bir ailənin 3 üzvü qidadan zəhərlənib
09:25 06.04.2025
Hadisə
Narkomanların müalicəsi məcburi olacaq
09:03 06.04.2025
Region
Sosial şəbəkələrdə təhqirə görə hansı cəzalar gözləyir?
08:36 06.04.2025
Cəmiyyət
Ayaqlarda zəiflik, gücsüzlük- 10 əsas səbəbi
07:47 06.04.2025
Sağlamlıq
Hər səhər 1 stəkan kifayətdir - Göbəyi əridir
06:29 06.04.2025
Sağlamlıq
Kadırovun hakimiyyətinin 18 ili – Müraciət yaydı
05:32 06.04.2025
Dünya
Erməni ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi - Sərkisyan
03:49 06.04.2025
Gündəm
ABŞ İranı mühasirəyə aldı: Bir neçə dəqiqə qalır - FOTO
02:40 06.04.2025
Dünya
“Barselona” heç-heçə etdi, “Real” uduzdu
01:56 06.04.2025
İdman
Azərbaycan cüdoçuları 9 medal qazandı
01:39 06.04.2025
İdman
Partlayış anı kamerada: Uşaq ağır yaralanıb
01:29 06.04.2025
Hadisə
Putinin ruslar arasında yeni reytinqi - SORĞU
01:03 06.04.2025
Dünya
Tramp və Maska qarşı aksiyalar başladı: 1400 mitinq olacaq
00:51 06.04.2025
Dünya
Məktəb yeməyində ölü kərtənkələ: 65 şagird zəhərləndi
00:42 06.04.2025
Sağlamlıq
Bu gün bir sıra imtahanlar keçiriləcək
00:29 06.04.2025
Təhsil
Mənzurə Musayeva xaricə toya bu qiymətə gedir
00:07 06.04.2025
Şou
Makron Starmerlə ABŞ-a cavabı müzakirə etdi
23:59 05.04.2025
Dünya
Türkiyədə qorxulu anlar: təyyarəni ildırım vurdu - VİDEO
23:47 05.04.2025
Gündəm
İran prezidenti ABŞ ilə dialoqa hazır olduğunu bildirdi
23:25 05.04.2025
Region