Bu gün şair-tərcüməçi, Azərbaycan dövlət himninin banisi, Azərbaycan "Türk ocağı"nın qurucusu Əhməd Cavadın sovet rejimi tərəfindən güllələndiyi, qətlə yetirildiyi gündür.
Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub.
Yenicə fəaliyyətini bərpa etmiş Azərbaycan "Türk ocağı"nın bərpaçıları adından böyük şair, türkçülük qəhrəmanının fəaliyyəti, millətin mücadiləsi yolundakı gördüyü işlər yüksək dəyərləndirilib.
Azərbaycanın ictimai və mədəni həyatında əvəzsiz xidmətləri olmuş Əhməd Cavadı xalqımız həmişə böyük fəxarət hissi ilə anacaq, onun ruhu qarşısında baş əyəcək.