Təşəbbüs alqışlandı ! "8 noyabr" önəmli gün kimi tariximizə düşdü 

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycan Respublikasının Nazirlər Kabineti bununla bağlı qərar verib.

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın” – qərarda qeyd edilib.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Faiq Ələkbərli “Şərq”ə açıqlamasında vurğulayıb ki, yeni metro stansiyasına "8 noyabr" adının verilməsi ilə bağlı təşəbbüs çox təqdirəlayiqdir. F.Əkbərli vurğulayıb ki, çünki bu tarix Şuşa şəhərinin qüdrətli Azərbaycan Ordusu tərəfindən erməni işğalçılarından azad edilməsi tarixidir:

“Bu tarix artıq önəmli gün kimi tariximizə düşüb. Sevindirici haldır ki, biz böyük ölçüdə bu İkinci Qarabağ müharibəsindən böyük zəfərlə çıxdıq. Düzdür, bəzi məsələlərdə problemlərimiz yenə də qalmaqdadır. Ümid edirik ki, həmin problemlər də zamanla öz həllini tapacaq. İnanıram ki, “8 noyabr” bizim zəfər günümüzə öz damğasını vuracaq və Üçüncü Qarabağ müharibəsinə heç bir anlamda ehtiyac qalmayacaq”.