“Bütün faktların müxtəlif xarici dillərdə təqdim olunması da məqsədəuyğundur”
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq. Bu “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər planı”nda əksini tapıb.
Məsələni “Sherg.az”a dəyərləndirən tarixçi-alim Boran Əzizli mövzu ilə bağlı bunları söyləyib:
“Soyqırımlarla bağlı muzeylərin yaradılması, o faciəni görən şəxslərin xatirələrinin toplanması, şəkillərin, sənədlərin bir yerdə cəmləşdirilməsi yaxşı haldır. Eyni zamanda bütün faktların müxtəlif xarici dillərdə təqdim olunması da məqsədəuyğundur”.