AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Mükafat Komitəsinin 2023-cü il 3 fevral tarixli qərarı ilə “İstiqlal” ordeninə və “Türk dünyasında ilin adamı” Beynəlxalq mükafatına layiq görülüb.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən "Sherg.az"a verilən məlumata görə, tarixçi-alimə “İstiqlal” ordeni türk dünyası elmi və təhsilindəki böyük xidmətlərinə görə, “Türk dünyasında ilin adamı” Beynəlxalq mükafatı isə 2022-ci ildəki uğurlarına görə verilib.
Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl TDABEA-nın həqiqi üzvü seçilib və akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı, Beynəlxalq Atatürk Mükafatı və 2019-cu il üçün “Türk dünyasında ilin elm adamı” Beynəlxalq mükafatı ilə təltif edilib.