Gilgilçay: Azərbaycanın ən böyük müdafiə səddi - VİDEO

CBC telekanalında erkən orta əsrlərdə Azərbaycan ərazisində inşa edilmiş ən böyük müdafiə səddi - Gilgilçaya həsr edilmiş tarixi-sənədli film yayımlanıb.

Verilişdə müəllif çiy kərpicdən hörülmüş müdafiə səddinin bu ərazilərdə mövcud olmuş dövlətlərin özünü xarici hücumlardan qorumaq məqsədi ilə istifadə etdiyi xatırladılır.

Tarixçi Səfər Aşurov isə bildirib ki, beşinci əsrdən etibarən Xəzər dənizinin qərb sahili boyunca bir neçə müdafiə sədləri inşa etdirilib.
“Bu müdafiə qalalarının əsas məqsədi şimaldan gələn hücumların qarşısını almaqla bərabər, həmçinin cənubdan gözlənilən hücumların qarşısını almağa xidmət edirdi”, - deyə Tarix İnstitutunun əməkdaşı bildirib.


Daha ətraflı Gilgilçay səddinə həsr edilmiş tarixi-sənədli filmdən izləyə bilərsiniz.