Bir neçə il öncə sosial şəbəkələrdə və mediada mərhum Prezident Əbülfəz Elçibəyin Xalq artisti Nəsibə Zeynalovaya ev bağışlaması ilə bağlı iddialara yayılmışdı.
Sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu bu barədə öz sosial şəbəkə hesabında paylaşım etmiş, Elçibəyin öz prezident mənzilini aktrisaya hədiyyə etdiyini demişdi.
“Sherg.az” illər sonra bu məsələyə aydınlıq gətirib. Elçibəyin köməkçisi Oqtay Qasımov saytımıza açıqlamasında bildirib ki, Bəy Nəsibə xanımın ev problemini həll edib:
“Yalan məlumatdır. Biz o proseslərin içində olmuşuq. Nəsibə xanımın o vaxt evlə bağlı problemləri var idi. Həmin məsələyə əl gəzdirilməli idi. Buna görə Əbülfəz bəyin göstərişləri olub. Problem həllini tapıb.Nəsibə xanım da hər zaman Əbülfəz bəyə insan kimi hörmətlə yanaşır, o məsələni də vurğulayırdı. Yoxsa Əbülfəz bəyin öz evini Nəsibə xanıma bağışlaması doğru iddia deyil. Gəncliyində öz evini dostlarına bağışlayıb. Bu da 1970-ci illərdə olub. Amma Nəsibə xanıma aidiyyəti olan məsələ deyil”.