Atatürkü 13 yaşında görüb! Yaşadıqlarından danışıb

100 yaşlı Mükremin Çağman 13 yaşında gördüyü Atatürkü unuda bilmir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Kayseridə yaşayan Mükremin Çağman 1923-cü ildə Felahiye rayonunda anadan olub. Bir müddət Sümer bez fabrikində çalışan Çağman hərbi xidmətini yerinə yetirmək üçün Zonquldaka gedib. 6 il sahil təhlükəsizlik zabiti vəzifəsində çalışan Çağman tərxis olunduqdan sonra Kayseriyə qayıdıb. Dövlət Dəmir Yollarından təqaüdə çıxan 3 uşaq atası Çağman ömrünün qalan hissəsini qocalar evində keçirir.

13 yaşında Atatürkü Kayseridə görən Çağman o illəri unuda bilmir. "Fəlahiye mahalının Silahtar rayonunda doğulmuşam. Atatürkü 1936-cı ildə görmüşəm. Onu görəndə 13 yaşım var idi. Kayseridə evli bir bacım var idi. Biz ziyarət edirdik. Bir gün yenidən bacımın yanına gələndə Atatürk Kayseri vağzalında idi. O vaxt Kayserinin çox da əhalisi yox idi. 2-3 maşın ola bilərdi. Nə dediyini eşitmədim. Çox uzun boylu deyildi, normal insan idi”.