1967-ci ildir. Səməd Ağaoğlu Şuşada, atası Əhməd bəy Ağaoğlunun evinin həyətində oturub.
Səməd bəy yazır: "Bakıya dönərkən yol boyu düşündüm, görəsən, atam bu şəhəri tərk edib öncə Bakıya, bir neçə il sonra da Türkiyəyə köç etdiyi zaman 56 il sonra kiçik oğlunun gəlib bu dağları, bu evləri ziyarət edə biləcəyini xəyal etmişdimi? Bəlkə, amma inanmıram. Həyatımızın böyük parçası düşüncələrimizin, iradəmizin deyil, təsadüflərin əlindədir”.