Məmməd Əmin Rəsulzadənin qızı - Lətifə Rəsulzadə

Məmməd Əmin Rəsulzadənin qızı - Lətifə Rəsulzadə. Bu foto  1913 -14-cü illərə aiddir.

***
   M.Ə.Rəsulzadənin ilk övladı və böyük qızı Lətifə 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad   Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını Müsavat Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə   onu  övladları Firuzə və İşvə ilə Qazaxıstana Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə   olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür.   Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır. Ehtimala görə, o da xəstəlikdən   sağalmayıb və dünyasını dəyişib.
  Qızı Xalidə - M.Ə.Rəsulzadənin kiçik qızı Xalidə (1916-cı ildə anadan olub) anasının ölümündən sonra Qazaxıstanda - Taldı-   Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində   qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır.