Osmanlı saray rəssamlığının təmsilçisi olan Milli Saraylar Rəsm Muzeyi emalatxanasında I Əbdülhəmid dönəminə aid "Soyağacı" tablosu peşəkar rəssamlar tərəfindən restavrasiya edilir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Milli Saraylar Rəsm Muzeyi osmanlı sultanlarının XVI-XX əsrlər arasında satın alaraq Osmanlı saraylarının divarlarını bəzəmiş məşhur rəsm əsərləni zaman-zaman sərgiyə çıxararaq nümayiş etdirır. Muzeyin emalatxanasında uzun zaman kəsiyində müəyyən zədə almış, rəngləri solmuş əsərlər üzərində isə bərpa işləri aparılaraq yenidən əvvəlki görkəminə qaytarılır. “Soyağacı” rəsmi də bunlardan biridir. Bu əsər sultan I Əbdülhəmid dönəminə (1774-1789) aiddir və üç "Soyağacı" isimli rəsm əsərindən biridir. Digər 2 rəsm əsəri isə xarici ölkələrdədir. 27-ci osmanlı sultanı olan I Əbdülhəmid dönəmində çəkilmiş rəsm əsərlərində sultanların portretləri ümumi kompozisiyanı təşkil edən bir ağacın budaqlarında, yuvarlaq çərçivə içində verilib. Sultanlar bir-biriylə ağacın budaqları vasitəsiylə “bağlanır”. Ən yuxarı budaqda Osmanlı İmperiyasının qurucusu Osman Qazi, ən sonda isə sultan I Əbdülhəmidin portreti yer alır. Ağacın arxasında isə Sultan Əhməd Camisi və meydanın görüntüsü çəkilir. Milli Saraylar Rəsm Restovrasiya və Konservasiya Emalatxanasına cavabdeh olan Haticə Biga bildirib ki, bərpaya ehtyacı olan tablolar müəyyənləşdirildikdən sonra emalatxanada işə başlanır. Hər tablo ona uyğun bir şəkildə bərpa edilir. Bərpa edilən əsərlər sərgidə nümayiş olunur. Emalatxanada hazırda XIX əsrə aid “Vyana mühasirəsi” tablosu da var. Bu tablo da “Soyağacı” tablosu kimi bərpa prosesindədir. Barpa edilmiş rəsm əsərləri Rəsm Qalereyasında və Dolmabaxça Sarayında sərgilənəcək.