Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin sədri, professor Nəsiman Yaqublu maraqlı paylaşım edib. N.Yaqublu sosial şəbəkə hesabında “M.Ə.Rəsulzadə saatı” barədə məlumat yerləşdirib:
“M.Ə.Rəsulzadənin rəsmi olan bu saat 1990-cı illərdə, bizim dostlarımız tərəfindən yanılmıramsa Rusiyada istehsal olunub Azərbaycana gətirilmişdi. Və yadımdadır ki, M.Ə.Rəsulzadə ilə ilgili tədbirlərimizdə ən dəyərli hədiyyə olaraq təqdim edirdik. Həmin saatın birini xatirə olaraq arxivimizdə saxlayırıq”.
Saatın hədiyyə edildiyi şəxslərdən biri də Müsavat partiyasının üzvü Baba Allahnəzərova hədiyyə edilib. Bu barədə B.Allahnəzərov “Şərq”ə bunları söylədi:
- Həmin saatdan o vaxtlar cəmi 200 ədəd hazırlanmışdı. Müsavat Partiyasının qərargahında işlədiyim müddətdə rəhbərlik tərəfindən doğum günümdə mənə hədiyyə edildi. Qürur duyuram ki, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri olmuş, xalq cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin rəsmi olan saatdan məndə var.