Xocalıda törədilənlər Ermənistanın dövlət siyasətinin mahiyyətini ortaya qoyur.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.
Deputat bildirib ki, Xocalı qurbanlarının ruhu artıq şaddır: “Çünki Xankəndidə bayrağımızın dalğalanması ilə yeni dövrün təməli qoyuldu. Xocalı şəhərində soyqırım qurbanlarının xatirəsinə abidə ucaldılmalıdır”.