Rusiya dövlət diplomatiyası sinifdə qaldı - Yücel Karauz
14:59 29.12.2024
Gündəm
606
“Bu günün reallıqlarında artıq heç bir məlumat gizlədilə bilməz”
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan təyyarənin Rusiya səmasında vurulması və Kremlin hadisəyə verdiyi reaksiya rus dövlət diplomatiyasının sinifdə qaldığını göstərdi.
Bunu "Sherg.az" saytına açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz bildirib.
General-mayor vurğulayıb ki, Rusiyanın bu məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ciddi narahatlıq yaradır:
"İntensiv dron hücumlarının baş verdiyi bir hava limanını mülki uçuşlara açıq saxlamaq və hətta təhlükəli dövrlərdə belə hava sahəsini bağlamamaq, Rusiyanın beynəlxalq hüquq qarşısında məsuliyyətini artırır. Bu, sadəcə texniki səhv deyil, həm də ciddi idarəetmə problemlərinin əlamətidir. Mülki uçuşların təhlükəsizliyinin təmin edilməməsi, təyyarənin yaxın hava limanına yönləndirilməməsi və alternativ eniş məkanlarının istifadəsinə icazə verilməməsi, hadisənin məsuliyyətini daha da artırır. Hava müdafiə sistemini idarə edənlərin qərarları və hərəkətləri də Rusiyanın əsaslı şəkildə günahlandırılmasına səbəb olur. Bu hadisəni gizlətmək və həqiqətləri cəmiyyətdən kənarda saxlamaq cəhdləri qəbuledilməzdir. Təyyarənin qəzaya uğraması ilə bağlı üzrxahlıq etmək, əlbəttə ki, doğru bir addımdır. Lakin, üzrxahlıqdan sonra əməkdaşlığın davam etdirilməsi, məsul şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsi və həm aviasiya sahəsindəki itkilərin, həm də zərər çəkmiş şəxslərin maddi-mənəvi təzminatlarının ödənilməsi vacibdir".
Yücel Karauz əlavə edib ki, Azərbaycan xalqı həm Çar, həm də Sovet Rusiyasının işğalı nəticəsində bu dövlətə qarşı mənfi bir münasibətə sahibdir:
"Lakin, II Qarabağ müharibəsindən sonra bu münasibət müəyyən qədər yumşalmışdır. Hazırda rəsmi Bakı ilə Moskva arasında əməkdaşlıq mövcuddur. Qafqaz regionunda son dövrlərdə baş verən hadisələr və regionun həssas vəziyyəti nəzərə alındığında, iki dövlətin münasibətlərinin pisləşməsi Rusiyanın dövlət maraqlarına ciddi zərbə vura bilər. Təyyarənin qəzaya uğramasından sonra rəsmi Bakının mövqeyi və dövlət-xalq birliyi, Azərbaycanın beynəlxalq gücünü bir daha təsdiqləyir. Biz bilirik ki, rəsmi Bakı bu məsələyə tam şəffaflıq tələb edib, hadisəni diqqətlə izləyərək hər hansı həqiqətlərin gizlədilməsinə və sui-istifadəyə yol verməyib. Bu günün reallıqlarında artıq heç bir məlumat gizlədilə bilməz. Əgər Rusiya, Azərbaycan xalqının etimadını bərpa etmək istəyirsə, beynəlxalq hüquq çərçivəsində sürətli, şəffaf və qətiyyətli addımlar atmalı, bütün məsuliyyətləri öz üzərinə götürməlidir. Əks təqdirdə, bu, Rusiyanın həm beynəlxalq aləmdə, həm də strateji tərəfdaşlıq münasibətlərində böyük səhv olacaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə