Akademik Yaqub Mahmudovun “Seçilmiş əsərləri”nin XVI cildi çap olunub
Yusif Nəzərli
15:14 19.04.2023
Tarix
2656
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovun “Seçilmiş əsərləri”nin XVI cildi nəşr olunub.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən "Sherg.az"a verilən məlumata görə, yeni nəşrə Yaqub Mahmudovun 2018-2022-ci illərdə yerli və xarici mətbuatda dərc olunan məqalələri, müsahibələri, açıqlamaları, bəyanatları və digər materiallar daxil edilib.
“Seçilmiş əsərlər”in XVI cildindəki 184 yazı Azərbaycan Xalq Cümhuriyyətinə, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin tarixi xidmətlərinə, Qarabağ zəfərinə, erməni yalanlarının ifşasına, qədim Azərbaycan-Albaniya mirasına, Əmir Teymura, İmadəddin Nəsimiyə, Nadir şah Əfşara, İrəvan xanlığına və digər aktual mövzulara həsr olunub. Bu materiallar kitabda dillərə görə xronoloji ardıcıllıqla sistemləşdirilib.
XVI cilddə yazılır ki, akademik 1000-dən çox elmi əsərin müəllifidir. O, diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə elmi məktəblər yaradıb. Onun elmi rəhbərliyi ilə 70 nəfər fəlsəfə və elmlər doktoru yetişib.
Qeyd edək ki, 648 səhifəlik kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva, tərtibçiləri tədqiqatçılar Nazim Xəlilov, Sevinc Məlikzadə və Elnur Nəciyev, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.
Xatırladaq ki, 2013-cü ilə qədər olan elektron resurslar tarixçi-alimin “Seçilmiş əsərləri”nin XIV cildinə, 2014-2017-ci illərə dair materiallar isə XV cildə daxil edilib
Oxşar xəbərlər
Azərbaycan Ordusu dünya hərb tarixində yeni qəhrəmanlıq səhifəsi açdı - İlham İsmayıl
16:14 06.11.2026
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya