Atatürkün yeni məktubu tapıldı

Çanaqqala quru döyüşləri zamanı mühüm rol oynamış 57-ci Alayla bağlı indiyədək bilinməyən medal mərasiminin detalları aşkarlanıb.

Sherg.az xəbər verir ki, arxiv araşdırmaları nəticəsində alay bayrağına qızıl və gümüş imtiyaz medallarının təqdim olunma mərasiminin proqramı ilk dəfə üzə çıxarılıb.

Sənədlərdə mərasimin təşkili, iştirak edən hərbi birliklər və proqramın detalları yer alır. Ən diqqətçəkən məqam isə Mustafa Kemal Atatürk tərəfindən həmin mərasim üçün göndərilmiş məktubun tapılmasıdır.

Mərasimin 25 aprel 1916-cı ildə keçirildiyi, şəhidlərin xatirəsinə dualar oxunduğu və alayın qəhrəmanlığının xüsusi vurğulandığı bildirilir. Atatürk mərasimdə iştirak edə bilməsə də, göndərdiyi məktubda 57-ci Alayın döyüşlərdəki şücaətini qeyd edib və şəhidlər üçün dua edilməsini istəyib.