Dəyərli tədqiqat əsəri
Yusif Nəzərli
20:20 02.02.2023
Tarix
1581
Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudov haqqında çoxlu sayda kitab və məqalələr yazılıb. Belə əsərlərdən biri tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev tərəfindən yazılan "Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov" adlı mühüm tədqiqat işidir. Kitabda Yaqub Mahmudovun həyatı, elmi‐pedaqoji və ictimai‐siyasi fəaliyyəti barədə yığcam məlumat verilir. Nəşr ilk dəfə olaraq oxuculara tarixçi‐alimin yenilənmiş bioqrafiyasını təqdim edir. Kitaba, həmçinin Yaqub Mahmudovun maraqlı xatirələri, onun həyat və fəaliyyətini əks etdirən fotomateriallar daxil edilib.
Tarixçi-alim 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim, dosent, 1981-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini, dekan və 2004-2021-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda direktor işləyib.
Əsərin "Böyük tarixçinin şərəfli ömür yolu: təqiblər, təzyiqlər, təltiflər" adlı bölməsində qeyd olunur ki, sovet dövründə anti‐Azərbaycan qüvvələri ensiklopediyaçılara "millətçi", "burjua məfkurəçiləri", "Sovet hökumətinin və Rusiyanın düşmənləri", "qardaş Azərbaycan və еrməni хalqlarının arasına nifaq salanlar" damğasını vurmağa çalışıb, lakin məqsədlərinə çata bilməyiblər. Məhz ulu öndər Heydər Əliyevin sayəsində həm ensiklopediyaçılar, həm də ziyalıların böyük bir dəstəsi, o cümlədən də Yaqub Mahmudov, nəinki KQB‐nin (Dövlət Təhlükəsizliyi Komitəsi) təqiblərinə düçar olmayıb, hətta o dövr üçün dəhşətli bir cəza sayılan partiya cəzasından da yaxa qurtara biliblər. Belə bir ağır vaxtda - 1971‐ci ilin martında o, ensiklopediyanın elmi işlər üzrə baş redaktor müavini vəzifəsinə təsdiq olunub.
Müəlliflər geniş araşdırma apararaq üzə çıxarıblar ki, Yaqub Mahmudov Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində, o cümlədən qəbul proqramlarının tərtibində və təkmilləşdirilməsində, test bankının yaradılmasında, fənlər üzrə metodiki vəsaitlərin hazırlanmasında fəal iştirak edib. O, 1991‐1992‐ci illərdə Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert‐işçi qrupuna rəhbərlik edib. O vaxt əhali, o cümlədən təhsil sistemi işçiləri konsepsiya və qanun layihələrini geniş müzakirə edərək bəyəniblər. Hətta 1992‐ci ildə - Əbülfəz Elçibəyin prezidentliyinin 100 günü tamam olanda Təhsil Konsepsiyası Xalq Cəbhəsi iqtidarının uğuru kimi qeyd olunub. Lakin buna baxmayaraq, Xalq Cəbhəsi iqtidarının bəzi nümayəndələri Təhsil Qanununun qəbul olunmasına kəskin müqavimət göstərib və hətta Prezidentin qanunu imzalamamasına (veto) da nail olublar. Bununla belə, 1992‐ci il dekabrın 16‐da Milli Məclis Yaqub Mahmudovun təqdimatı ilə Təhsil Qanununun qüvvəyə minməsi barədə qərar qəbul edib və beləliklə, ölkədə müasir təhsil sisteminə keçilib.
Azərbaycan Respublikasının "Şöhrət", "Şərəf" və 1‐ci dərəcəli "Əmək" ordenlərinə layiq görülən akademik, eyni zamanda, bir sıra xarici ölkələrin mükafatları ilə təltif olunub. O, AMEA ilə yanaşı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliyanın Bonifasiana Akademiyasının və İsrail Akademiyasının da həqiqi üzvüdür.
Düşünürəm ki, "Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov" kitabı Azərbaycan tarix elmini araşdıran tədqiqatçılar üçün xüsusi əhəmiyyət daşıyacaq. Çünki bu kitabda tarix elmimizin mühüm uğurları da öz əksini tapıb.
Yazımın sonunda bildirmək istəyirəm ki, Yaqub Mahmudov bu gün də - yaşının müdrik çağında qələmi yerə qoymur, böyük iradə nümayiş etdirir və elmimiz üçün mühüm işlər görür. Yaqub müəllim, Sizə dostlarım Nazim və Elnurla birgə doğum gününüz münasibətilə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuruq. Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirik. Var olun!!!
Emin Məlikov,
Lənkəran Dövlət Universitetinin dosenti
(Olaylar.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə