"...Dünya iqtisadiyyatının çöküşü baş verəcək"
01:47 30.06.2021
Tarix
1080
Dünya bazarında neftin qiyməti yenə aşağı düşüb. Buna koronavirusun “Delta” ştammının yayılmasından sonra sərmayədarlar arasında yaranmış narahatlıqlar səbəb olub. Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 08:54-də 0,45 azalaraq 73,81 ABŞ dolları təşkil edib. “Brent”in avqust fyuçersləri isə 0,52 ucuzlaşıb və 74,29 ABŞ dollara təklif olunub.
“WTI” neftinin avqust fyuçersləri bu səhər 0,41 ucuzlaşaraq bir bareli 72,61 ABŞ dollara satılıb. Koronavirusla bağlı yeni narahatlıqlar neft qiymətlərinə mənfi təsir göstərir.
Treyderlər xüsusilə COVID-19-un yeni "Delta" ştammının yayılmasından ehtiyatlanırlar. Bu ştammın bəzi ölkələrdə yayılması xammal tələbatı üçün risklər yaradır, çünki yoluxma hallarının artmasına görə insanların hərəkətinə məhdudiyyətlər yenidən tətbiq olunur.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov "Şərq"ə açıqlama verib. Ekspert qeyd edib ki, neftin qiymətinin yüksəkdə olmasını təmin edən əsas vasitələrdən biri dünya iqtisadiyyatının normal çalışmasıdır: "Ümumiyyətlə, neftlə əlaqədar dünya bazarlarında sabah vəziyyətin necə olacağı barədə qabaqcadan fikir söyləmək çox çətindir.
Dünya iqtisadiyyatının normal çalışması üçün iqtisadi aktivliyin və işgüzar fəallığın normal səviyyədə olması əsas amillərdən biridir. Bura tələbin olması, istehsalın və istehlakın əvvəlki qaydada olması və s. kimi amillər daxildir. Əgər növbəti dəfə bütün qeyd etdiyim amillər hər hansısa bir virus səbəbindən aradan qalxarsa, dünya iqtisadiyyatında yenidən bir çöküşün, enişin şahidi olacağıq. Nəticədə yenə dünya iqtisadiyyatının geriləməsi müşahidə ediləcək".
P.Heydərov əlavə edib ki, Azərbaycan da dünya iqtisadiyyatının tərkib hissəsidir:
"Azərbaycanda dövlət büdcəsi, əhalinin gəlirləri, ümumiyyətlə hər bir məqam bilavasitə neftin qiymətindən asılıdır. Əgər dediyim kimi, dünya iqtisadiyyatında qeyd olunan tendensiyalar yenidən müşahidə edilməyə başlayarsa, iqtisadi vəziyyətin yenidən əvvəlki kimi pisləşəcəyinin şahidi ola bilərik. Amma yenə təkrar edirəm ki, bu barədə indidən dəqiq proqnoz irəli sürmək mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə