Fransanın paytaxtı Parisdə yerləşən və dünyanın ən məşhur simvollarından biri olan dəmir konstruksiyalı tikili - Eyfel Qülləsi ətrafında baş verən məşhur fırıldaqçılıq hadisəsi tarixə “Eyfel Qülləsi fırıldaqçılığı” kimi düşüb.
Sherg.az xəbər verir ki, hadisə 1925-ci ildə baş verib. Viktor Lustig özünü Fransa dövlət rəsmisi kimi təqdim edərək qüllənin gizli şəkildə satılacağını iddia edib. O, saxta sənədlər və gizli görüşlər təşkil edərək iş adamlarını inandıra bilib.
Daha sonra Andre Poisson adlı iş adamı bu “satışa” inanaraq böyük məbləğdə pul ödəyib. Pul alındıqdan sonra Lustig Fransadan qaçıb.
Bu hadisə sonradan dünyanın ən məşhur saxtakarlıq və dələduzluq nümunələrindən biri kimi tarixə düşüb.