
Suqovuşanın azadlığı Zəfərimizin müjdəsi oldu
14:40 03.10.2024
Tarix
1810
Qəsəbənin azad olunması erməni ordusuna mənəvi-psixoloji sarsıntı yaşatdı
Oktyabr ayının 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsinin erməni işğalından azad olunmasının dörd ili tamam oldu. Suqovuşanın azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik, hətta böyük qələbəni təmin etmiş ən önəmli uğurlardandır.
Suqovuşan 2016-cı ilin aprelində ən qızğın döyüşlərin getdiyi yerlərdən biri olduğu və mühüm strateji əhəmiyyət daşıdığı üçün düşmən 4 il boyunca dayanmadan orada mövqelərinin möhkəmləndirilməsi yönündə həmsədr dövlətlərdən də izləmə və kəşfiyyat qurğularından tutmuş ən çağdaş hərbi texnikayadək gətirməklə gərəkən nə lazımdırsa etmişdi.
Amma görülən bütün bu hazırlıqlar cəmisi bir həftə işlərinə yaradı. Ötən il oktyabrın 3-də Suqovuşan azad edildi. Azad edilən kimi də əsl adı özünə qaytarıldı, haylar qoyan ad isə məhv edilmiş düşmənlə birgə getməli olduqları yerə göndərildi. 2020-ci il oktyabrın 3-də 26 ildir düşmən tapdağında olan Suqovuşan kəndi Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad olundu, şanlı bayrağımız əzəli torpaqlarımızda dalğalandı. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.
4 il əvvəlin məhz bu günü Prezident İlham Əliyev bu xoş xəbəri tviter səhifəsindən xalqımıza çatdırıb: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”. Dövlətimizin başçısı həmin gün daha bir paylaşım etmişdi: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!”. Beləliklə, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Suqovuşan Vətən müharibəsinin yeddinci günündə azadlığına qovuşdu.
Qeyd edək ki, 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.
Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.
Millət vəkili Azər Badamov da “Sherg.az"a açıqlamasında Suqovuşanın işğaldan azad olunan ilk qəsəbələrdən olduğunu deyib. Milli Məclisin deputatı hesab edir ki, 44 günlük Vətən müharibəsində Suqovuşan qəsəbəsi və Talış kəndinin azad olunması ermənilərin məğlubedilməz saydıqları ordusunun uğursuz və gücsüzlüyünü üzə çıxartdı. Ermənilər Suqovuşan və Talış istiqamətində əsas hərbi güclərini cəmləşdirmişdi:

“Amma buraya nə qədər güc yığsalar da Azərbaycanın Müzəffər Ordusunun qarşısında aciz duruma düşdülər. Suqovuşan qəsəbəsinin azad olunması erməni ordusuna mənəvi-psixoloji sarsıntı yaşatdı.
Dövlət başçısının işğaldan azad olunan qəsəbənin ilk günündə ucaltdığı bayraq daim o torpaqlarda var olacaq və xalqımızın qələbə keçmişini daim ona xatırladacaq. 2020-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsinin işğaldan azad olunması, Azərbaycan Ordusunun gücü, əskər və zabitlərimizin qəhrəmanlıq dastanlarının fraqmentini təşkil edir. Çətin və strateji əhəmiyyətinə görə böyük önəmə malik Suqovuşanın və Talış kəndinin işğaldan azad olunmağından sonra Cəbrayıl işğaldan azad olundu. Suqovuşan, Talış və Cəbrayılın işğaldan azad olunmağı ilə xalqımızın və ordumuzun özünə olan inam və gücü daha da möhkəmləndi. Ölkə əhalisi ali baş komandanın ətrafında birləşərək növbəti qələbələrə fokuslandı. Eyni zamanda düşmən ordusunun gözü qorxdu və ordumuz qarşısında nə qədər aciz olduqlarını praktiki olaraq anladılar”.
A.Badamovun sözlərinə görə, Suqovuşanın ermənilərin işğalı altında olması uzun illərdir Azərbaycanın bir çox ərazilərində su təminatında çətinlik yaratmışdı. Suqovuşanın işğaldan azad olunması bu ərazilərdə həm su qıtlığının aradan qaldırılmasına, həm kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə, həm də ekoloji tarazlığın bərpa edilməsinə təminat yaradıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq