Təhsil nazirindən yeni TƏYİNAT

Təhsil Nazirliyində yeni təyinat olub.
Bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Belə ki, Elnur Nəsibov Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri təyin edilib.
O, bundan əvvəl təhsil nazirinin müşaviri kimi çalışıb.