- İntihar etməyi düşünən, buna qərar vermiş şəxs xüsusi olaraq məkan seçmir. Məkan seçimi zamana, şəraitə görə dəyişə bilir. Birisi intihar qərarı verib və bunun üçün fürsət axtarır. Uyğun gördüyü, uyğun bildiyi zamanı seçir. Tutalım, mənzildə təkdir, bilir ki, valideyni, ya da həyat yoldaşı, övladları evə konkret hansı saatda gələcək. Onlar evdə olmadığı zaman intiharı gerşəkləşdirir. Kimisi iş yerində canına qəsd edir. Bəziləri sadəcə, diqqət cəlb etmək, verilmiş hansısa qərarın dəyişəcəyinə ümid edərək intihara əl atır. Yadınızdadırsa, bir neçə il əvvəl “Koroğlu” körpüsünə çıxıb intihara cəhd etmək, sanki dəb halı almışdı. Çünki ora yeni tikilmişdi, görünən, gediş-gəlişin sıx olduğu yer idi. Problemi yaranmış şəxs körpüyə çıxıb intihar edəcəyini bildirirdi, asayiş keşikçiləri əraziyə cəlb olunurdu, adamı dilə tutub, söhbət aparıb fikrindən daşındırırdılar. Əslində, intihar edən şəxsi fikrindən daşındırmaq mümkündür. Bunun üçün gərək ixtisaslaşmış psixoloqlar cəlb olunsun. Amma birisi kimsənin görmədiyi, xəbər tutmadığı bir vaxtda, məkanda intihara əl atırsa, bunun qarşısını almaq, təəssüf ki, mümkün olmur artıq. Çox gec olur. Konkret olaraq Hökməli qəsəbəsində baş vermiş intihar hadisəsinə gəlincə, düşünmürəm ki, həmin şəxs bilərəkdən özünü eyvandan asıb. Sadəcə, ola bilsin ki, həmin vaxt – yəni intihar etmək qərarını reallaşdırmaq istədikdə fikrinə gələn bu olub. Bəlkə də, həmin yeri uyğun görüb. İntihar üçün orada imkan tapıb.
Aqressiya getdikcə artır, intiharların yeri də dəyişir
Yusif Nəzərli
06:49 23.10.2024
Sosial
463
Sosioloji mərkəzlər insanlardakı psixoloji gərginliyi azaltmaq üçün hərəkətə keçməlidir
Abşeron rayonunda intihar baş verib. Hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rafiq Mərifət oğlu Cəbrayılov yaşadığı evin eyvanında özünü asıb. Onun asılmış meyitini qonşuları görüb, ailəsinə xəbər veriblər. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
İntihar hadisələri, şəxslərin özünə qəsdə cəhd etməsi görünməmiş hal deyil. Belə hadisələr, təəssüf ki, baş verir. Lakin indiyəqədərki intiharların başvermə məkanına diqqət etsək, şəxslərin gizli, gözdən uzaq, ətrafdakı insanların görə bilməyəcəyi, xəbər tutmayacağı və gec xəbər tutacağı ehtimal edilən yerlərdə - məsələn, həyətyanı tikililərdə, tövlədə, arxadan açarla bağlanımş iş kabinetində, şəxsin mənzildə tək olan zamanlar baş verdiyini görərik. Çoxmərtəbəli binaya çıxıb özünü atanlar da olur. Amma hər kəsin görə biləcəyi bir yerdə, eyvanda özünü asmaq, təəccüblüdür. Şəxs niyə məhz belə bir intihar növünü seçib? Bu hadisə intiharların şəkil dəyişdirdiyini söyləməyə əsas verirmi?
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az"a açıqlamasında qeyd etdi ki, intihar etmk istəyən adam harada imkan tapır orada edir:
- İntihar etməyi düşünən, buna qərar vermiş şəxs xüsusi olaraq məkan seçmir. Məkan seçimi zamana, şəraitə görə dəyişə bilir. Birisi intihar qərarı verib və bunun üçün fürsət axtarır. Uyğun gördüyü, uyğun bildiyi zamanı seçir. Tutalım, mənzildə təkdir, bilir ki, valideyni, ya da həyat yoldaşı, övladları evə konkret hansı saatda gələcək. Onlar evdə olmadığı zaman intiharı gerşəkləşdirir. Kimisi iş yerində canına qəsd edir. Bəziləri sadəcə, diqqət cəlb etmək, verilmiş hansısa qərarın dəyişəcəyinə ümid edərək intihara əl atır. Yadınızdadırsa, bir neçə il əvvəl “Koroğlu” körpüsünə çıxıb intihara cəhd etmək, sanki dəb halı almışdı. Çünki ora yeni tikilmişdi, görünən, gediş-gəlişin sıx olduğu yer idi. Problemi yaranmış şəxs körpüyə çıxıb intihar edəcəyini bildirirdi, asayiş keşikçiləri əraziyə cəlb olunurdu, adamı dilə tutub, söhbət aparıb fikrindən daşındırırdılar. Əslində, intihar edən şəxsi fikrindən daşındırmaq mümkündür. Bunun üçün gərək ixtisaslaşmış psixoloqlar cəlb olunsun. Amma birisi kimsənin görmədiyi, xəbər tutmadığı bir vaxtda, məkanda intihara əl atırsa, bunun qarşısını almaq, təəssüf ki, mümkün olmur artıq. Çox gec olur. Konkret olaraq Hökməli qəsəbəsində baş vermiş intihar hadisəsinə gəlincə, düşünmürəm ki, həmin şəxs bilərəkdən özünü eyvandan asıb. Sadəcə, ola bilsin ki, həmin vaxt – yəni intihar etmək qərarını reallaşdırmaq istədikdə fikrinə gələn bu olub. Bəlkə də, həmin yeri uyğun görüb. İntihar üçün orada imkan tapıb. F.Mehmanqızı qeyd etdi ki, hazırda psixoloqlarla yanaşı sosioloqların da üzərinə böyük vəzifə düşür:
- Ümumiyyətlə, hazırda dünyada aqressiya artıb. Bu, cəmiyyətlərdə, insanlar arasındakı münasibətlərdə özünü göstərir. Sosioloji mərkəzlər fəaliyyətlərini artırmalı və insanları narahat edən problemləri araşdıraraq həllinə nail olmalıdırlar. Bu, insanlardakı psixoloji gərginliyi azaltmaq üçün lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət