
Ekoloji təhsil: Gələcəyin şüurlu vətəndaşlarını yetişdirmək
18:29 12.11.2024
Elm və Təhsil
1002
"COP29 kimi böyük, mötəbər tədbirin qısa zaman ərzində uğurla təşkili təqdirəlayiqdir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir deyib ki, COP29-la bağlı əsas mövzular, gözləntilər xüsusilə ətraf mühit və maliyyələşmə ilə bağlıdır: "COP29 çərçivəsində iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirə olunacaq. PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf mühit savadlılığının qiymətləndirilməsi müxtəlif ölkələrin bu təşəbbüsə qoşulması ilə müşayiət olunacaq. Eyni zamanda, universitetlərin dayanıqlı inkişafı ilə bağlı böyük bir tədbir bizi gözləyir. COP29-dan sonra yəqin ki, yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə işimiz daha da sürətlənəcək. Çünki PISA 2029-da ərtaf mühitlə bağlı qiymətləndirmə həyata keçirilərsə, bir çox ölkələr artıq öz işinin nəticəsini ölçəcəklər. Burada müəyyən müzakirələr var, amma hələ ki ölçülməyə əsaslanmış dəlil yoxdur. İnanırıq ki, Azərbaycanın bu təşəbbüsü dəstəklənəcək və növbəti illərdə həm Azırbaycanda, həm də digər ölkələrdə yaşıl təhsillə bağlı daha çox iş görüləcək".
Emin Əmrullayev onu da vurğulayıb ki, yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı priotitet istiqamətlərdəndir: "Yaşıl bacarıqlar bütün ixtisasların daxilində iqlim dəyişikliklərinin ətraf mühit çirklənmələrinin qarşısını almaq üçün səriştələrin formalaşdırılması kimi başa düşülməlidir. Düşünürəm ki, istiqamətimiz yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların məzmununa bu yaşıl komponentin gətirilməsi olmalıdır".
Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, uşaqlara ekoloji təhsilin verilməsi çox mühüm addımdır:

“Gənc nəsil üçün ekoloji təhsil önəmlidir.
Ekoloji təhsil uşaqlarda təbiətə, ətraf mühitə qarşı məsuliyyət hissini artırır.
Onlara bu bilikləri erkən yaşda öyrətməliyik ki, ekoloji problemlərin həlli barədə düşünsünlər. Ekoloji təhsil vasitəsilə təbiət və ətraf mühitə düzgün yanaşa bilən, şüurlu bir nəsil yetişdirməyi hədəfləyirik.
Ekoloji təhsil uşaqlara təbii resursların səmərəli istifadəsi, tullantıların idarə olunması və yenilənə bilən enerji mənbələri kimi mövzularda biliklər qazandırır.
Bu biliklər gələcəkdə iqlim dəyişikliyinə qarşı daha səmərəli addımların atılmasına kömək edəcək. Ekoloji təhsil həmçinin uşaqların problemləri təhlil etmə bacarıqlarını inkişaf etdirir. Uşaqlara ekoloji mövzularda dərs verməklə, onları bu problemlərə daha geniş baxış bucağı ilə yanaşmağa öyrədirik.
Gələcəkdə Azərbaycan və dünya üzrə yaşıl təhsilin daha geniş yayılması bu sahədə daha məlumatlı və məsuliyyətli vətəndaşların yetişməsinə təkan verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya