Hindistanlı Sarvagya Singh Kushvaha üç yaşında rəsmi FIDE (Beynəlxalq Şahmat Federasiyası) reytinqi alan ən gənc oyunçu olaraq tarixə düşüb.
Sherg.az xəbər verir ki, Kushvaha üç yaş, yeddi ay və iyirmi günlük olarkən reytinq əldə edərək, keçən ilin noyabr ayında üç yaş, səkkiz ay və on doqquz günlük olarkən rekord qıran Anish Sarkarı geridə qoyub.
Madhya Pradesh əyalətində məktəbə gedən Kushvahanın sürətli şahmat reytinqi 1,572-dir. FIDE reytinqi qazanmaq üçün oyunçunun ən azı bir FIDE reytinqli rəqibi məğlub etməsi tələb olunur. Reytinq oyunçunun performansına görə müəyyən edilən güc səviyyəsini göstərir. Dünya birincisi Magnus Carlsenin sürətli şahmat reytinqi isə 2,824-dür.
Kushvahanın atası Siddharth Singh Hindistan mediasına verdiyi açıqlamada oğlunun uğurunu “böyük qürur və şərəf” kimi qiymətləndirərək, “Onun bir gün böyük usta olmasını istəyirik” deyib.
Kiçik idmançı, əyalət və ölkənin müxtəlif bölgələrində keçirilən turnirlərdə üç reytinqli rəqibini məğlub edərək rekord qazanıb.
Hindistan dünya şahmat arenasında mühüm mövqeyə malikdir və son dünya çempionu Gukesh Dommaraju, eləcə də beş dəfə Dünya Kubokunu qazanan Visvanathan Anand kimi ulduz isimləri yetişdirib.