Axırı yaxşı qurtarmayacaq!
Yusif Nəzərli
14:16 28.01.2022
Elm və Təhsil
875
“Şagirdlər nə cür tərbiyəsizlik etsə də, müəllimlərin günahkar çıxarıldığını görür”
“Onlar bir az da bundan həvəslənib özlərini ifrat dərəcədə sərbəst aparırılar”
“Belə şagirdlər, onların valideynləri üçün müəyyən qaydalar əsasında ölçü götürülməlidir”
Sosial şəbəkələrdə məktəblərin birində şagirdlərin sinifdə qeyri-etik hərəkətlərini əks etdirən daha bir video yayılıb. Belə ki,şagirdlər dərs vaxtı müəllimin qarşısında rəqs edib, partaları aşırıb və idman hərəkətləri ediblər. Görüntülərin hansı məktəbə aid olması hələki məlum deyil. Xatırladaq ki, bir neçə gün öncə Bakının Xətai rayonu, 165 saylı tam orta məktəbində də şagirdlər sinif otağında tədris prosesinə uyğun olmayan davranışlar nümayiş etdiriblər. Nəticədə dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.
Təhsil üzrə ekspert Rafiq İsmayılov son vaxtlar məktəblərdə baş verən belə neqativ hallardan “Sherg.az”a danışarkən bildirib ki, analoji hadisələr bir az da gündəmə hesablanıb:
“Çox güman ki, bu kimi hallar əvvəllər də olub. Bəs onda niyə paylaşmırdılar? İndi gündəm olub deyə hər kəs bir video tapıb paylaşır. Bu cür paylaşımların axırı yaxşı qurtarmır”.
R.İsmayılov vurğulayıb ki, şagirdlər nə cür tərbiyəsizlik etsə də, müəllimlərin günahkar çıxarıldığını görür. Ekspertin fikrincə, onlar bir az da bundan həvəslənib özlərini ifrat dərəcədə sərbəst aparırılar:
“Belə şagirdlər, onların valideynləri üçün müəyyən qaydalar əsasında ölçü götürülməlidir. Əgər qanunla onları cəzalandırmaq mümkün deyilsə, bunun üçün hansısa etik kodekslər hazırlana bilər. Maarifləndirmə və inzibati yollarla hazırkı mənfi halların qarşısını ala bilərik. Hüquq-mühafizə orqanlarını işə qarışdırmadan da bu istiqamətdə tədbirlər görmək mümkündür”.
Qeyd edək ki, bu gün Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mediaya açıqlamasında bildirib ki,növbəti tədris ili başlanana kimi yeni nümunəvi qaydaların təqdimatı olacaq : “Məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə,bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər 2021-ci ilin yayından etibarən başlayıb.Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib.Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya