Azərbaycanın elm tarixində bir ilk: Professor Abdulla Avey dünya alimləri siyahısında 40-cı yerdə qərarlaşıb

Beynəlxalq elmi məlumat bazası olan və bütün dövlətlər tərəfindən qəbul edilən SCOPUS dünyanın bütün alimlərinin mütəmadi olaraq h indeksini dərc edir. h indeksi alimin nəşrlərinin həm məhsuldarlığını, həm də sitat təsirini ölçən beynəlxalq səviyyədə tanınmış metrikdir. 
"Sherg.az" xəbər verir ki, Azərbaycanlı professor Abdulla Avey (Sofiyev) SCOPUS-da  h indeksi 40 olan ilk Azərbaycanlı alimlerindn biridir. Bu, Azərbaycanın elm tarixində ilklerden biridir.

Həmyerlimiz Abdulla Avey 2005-ci ildǝn Süleyman Dǝmirǝl Universitetinin professoru vǝ İnşaat Mühǝndisliyi Bölümü Mexanika kafedrasının müdiri vǝsifǝsindǝ işlǝyir. Professor, riyaziyyat-mexanika ixtisası üzrə dünyada tanınmış alim Abdulla Avey 2020-ci il  üzrə  də “Plos Biologiya” adlı elmi jurnalında dərc olunan siyahıda dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib. Seçim elmi məqalələrin və məqalələrə istinadların sayına görə və digər elmmetrik parametrlərə görə həyata keçirilmişdir.

Professor Abdulla Aveyi həm  dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilməsi münasibətilə təbrik edir, ona elmi fəaliyyətində və şəxsi həyatında uğurlar arzu edirik.

Qeyd edək ki, professor Abdulla Sofiyev (Avey) əslən Qazax rayonunun Daş Salahlı kəndindəndir və “Qazax” Xeyriyyə İctimai Birliyinin fəxri üzvüdür.