"Bakıda 5 məktəblə irəliləyişə nail ola bilmərik"
Yusif Nəzərli
10:44 04.02.2022
Elm və Təhsil
562
"Bu layihəni həyata keçirənlərin orta məktəbdən xəbəri yoxdur"
"İnternetdən nə isə götürüb əzbərləyib gəlirlər ki, məktəbdə bunları tətbiq edək"
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən Məktəbin İnkişaf Planının hazırlanmasının ilk mərhələsinə start verilib.
İdarədən verilən məlumata görə, Məktəbin İnkişaf Planının hazırlanması istiqamətində TDM-nin metodistləri paytaxtdakı 5 ümumi təhsil müəssisəsində (45, 155, 201, 306 və 310 nömrəli) pedaqoji kollektivlə görüşlər keçirir.
Görüşlərdə TDM-nin metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparır, təlim-tərbiyə prosesinin inkişafı istiqamətinə yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil edirlər.
Məktəb heyəti ilə birgə Məktəbin İnkişaf Planının hazırlanmasının əsas məqsədi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya nəticələrinə əsasən aşkarlanmış çatışmazlıqların aradan qaldırılmasından ibarətdir.
Məktəbin İnkişaf Planının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.
Layihə ilə bağlı “Şərq”ə danışan təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, bu, formal xarakter daşıyır və heç bir nəticə verməyəcək.
“Azərbaycanda Prezident İlham Əliyevin imzaladığı təhsilin inkişafı üzrə dövlət strategiyası mövcuddur. Həmin strategiyadan irəli gələn planlar, hədəflər və görülməli olan işlər var. Kimlərsə formal xarakter daşıyan müəyyən işlər həyata keçirirsə, bu, qrant layihələrin pulunu mənimsəməkdən başqa bir işə yaramayacaq. Bu gün Azərbaycanda 4432 orta ümumtəhsil məktəbi var və onun 320-si paytaxt Bakının payına düşür. Biz Bakıda 5 məktəblə hər hansı ciddi irəliləyişə nail ola bilmərik.
Hazırda təhsil sahəsində mövcud olan problemlər təhsilin idarə edilməsi və tədrisin təşkili ilə bağlıdır. Burada mövcud normativ hüquqi aktların yerinə yetirilməsinə nəzarət etmək lazımdır. Bir neçə məktəbdə hansısa pilot layihəni həyata keçirib sonra həmin layihə uğursuz oldu deyə geri qalan məktəbləri ortada qoya bilmərik. Təhsilin inkişafı Azərbaycan dövlətinin əsas fəaliyyətini təşkil edir. Bu sahədə dövlət və fəaliyyət proqramları da təşkil olunub. Hazırda həyata keçirilən pilot layihələr sadəcə yaranmış gərgin vəziyyəti yatışdırmağa yönəlmiş addımlardır”.
Ekspert həmçinin bildirib ki, ölkədə tədrisin əlçatanlığı təmin olunsa da, keyfiyyət yoxdur:
“Təhsilin keyfiyyətini istəyiriksə, müəllimlərin sosial vəziyyətini yaxşılaşdırmalıyıq. Onlara kommunal ödəmələrlə bağlı müəyyən güzəştlərlə bərabər maaşlarından tutulan vergidən də azad etməliyik. Bu yolla nə isə etmək mümkündür. Ancaq görüşlər keçirməklə sadəcə müəllimlərin dərslərinə mane olacağıq. Bu layihəni həyata keçirənlərin orta məktəbdən xəbəri yoxdur. İnternetdən nə isə götürüb əzbərləyib gəlirlər ki, məktəbdə bunları tətbiq edək. Bu sahədə hansı işlərin görülməli olduğu haqda fəaliyyət proqramı var. Ora ayrılacaq və kiminsə cibinə gedəcək pulları müəllimlərin maaşlarına əlavə etmək lazımdır”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya