
“Belə hadisələrdə müəllimin günahkar sayılması düzgün deyil”
Yusif Nəzərli
15:19 26.01.2022
Elm və Təhsil
824
“Axı məktəbə gələn uşaqların tərbiyəsində müəllimdən çox valideynin payı var”
“Belədirsə, nəyə görə valideynə töhmət verilmir? Hər bir işdə müəllimin günahkar sayılması da ədalətli deyil”
“Müəllimin özü ictimai mühitin məhsuludur. Əgər onda problem varsa, bunun günahını da ictimai mühitdə axtarmaq lazımdır”
Ötən gün sosial şəbəkələrdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışlarının əks olunduğu videogörüntülər yayılıb. Araşdırmalar nəticəsində videonun qeydə alındığı təhsil ocağının Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəb olduğu müəyyən olub.
Məktəbdən verilən məlumata görə,bununla bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb. Dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.

Məsələyə münasibət bildirən təhsil eksperti Nabatəli Qulamoğlu bu barədə “Sherg.az”a danışıb. O bildirib ki, məktəbdə hər bir şagirdin rahat olması üçün şərait yaradılmalıdır . Amma nəzərdə tutulan rahatlığı tərbiyəsizliklə qarışdırmaq olmaz:
“Bizdə çox vaxt şıltaqlıqla tərbiyəsizliyi səhv salırlar. Belə məqamlarda şagirdlərə verilən ən təbii cəza onların üzr istəməsidir. Həbs edəsi deyilik ki?! İndi bu şagirdlərə ağır cəza verilməsini tələb edənlər nə vaxtsa özlərinin də belə yaş dövründə etdiklərini yada salmalıdır”.
Təhsil ekspertinin fikrincə, bizim cəmiyyət çox aqressivdir və bu aqressiya məktəblərə də inteqrasiya edib:
“Mən müxtəlif dövlət idarələrinə getmişəm. Orda ədəbsiz ifadələrin işləndiyinin şahidi olmuşam. Hansı ki bu adamlar daha kübar olmalıdır. Düşünürəm ki, belə olduqda şagirdlərin bu əməlini də çox drammatikləşdirmək olmaz”.
N.Qulamoğluya görə belə hadisələrdə istənilən halda müəllimin günahkar sayılması düzgün deyil:
“Axı məktəbə gələn uşaqların tərbiyəsində müəllimdən çox valideynin payı var. Belədirsə, nəyə görə valideynə töhmət verilmir? Hər bir işdə müəllimin günahkar sayılması da ədalətli deyil. Müəllimin özü ictimai mühitin məhsuludur. Əgər onda problem varsa, bunun günahını da ictimai mühitdə axtarmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm