
Dərslik yazanlara dərs keçirilməlidir!
Yusif Nəzərli
12:31 28.01.2022
Elm və Təhsil
1856
“Dərslikləri yazanlar uşaqları düşünmürlər”
Publika.az”ın baş redaktoru Aqil Lətifov “Facebook”da üçüncü sinifdə oxuyan oğlunun Azərbaycan dili kitabındakı şeiri tənqid edib. Həmin şeiri təqdim edirik:
O vurğulayıb ki, belə şeirlə uşaqlara oxumamağı, hiyləgərliyi, yalançılığı öyrədirlər:
“Axı bu şeirin nə əhəmiyyəti ola bilər?Onun kitabda nə işi var? Bəlkə mən başa düşmürəm?” .Baş yazar 2018-ci ildə də bu şeir kitabda oluduğunu və haqqında mediada ciddi müzakirələr getdiyini söyləyib: “Amma görünən odur ki,hələ də dərsliklərdədir”.

Məsələyə təhsil eksperti Kamran Əsədov münasibət bildirib. O bu barədə “Sherg.az”a danışarkən söyləyib ki, dərslik siyasətinə uyğun olaraq məktəbin 3 istiqaməti ola bilər - pedaqoji, siyasi və müasir:
“Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır.
Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü və "bir udumluq" olmalıdır. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Burada peşəkar ekspertlərə ehtiyac var”.
Ekspertin fikrincə, hazırda dərslikləri yazanlar bu dərsliyi oxuyan uşaqları düşünmürlər:
“Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Hamı bilir ki,dərslik necə olmalıdır, amma heç kəs dərsliyi lazım olduğu səviyyədə hazırlamır. Hazırda real vəziyyət budur. İndiki dərsliklər şagirdlərin müstəqilliyini inkişaf etdirmir.Orta məktəblər üçün dərslik hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalıdır; hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir”.
K.Əsədov dərslik siyasətinin Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan təhsil sahəsində prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb:
“Amma etiraf edək ki, hazırda təhsil sistemində istifadə olunan dərsliklərin əksəriyyəti strateji vəzifəni yerinə yetirmir. Dərsliklərin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, onları mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Amma real vəziyyət budur ki, dərsliklər öz funksiyasını yerinə yetirə bilmir. Bununla bağlı çox ciddi problem var. Dərslikləri elə yaza bilərlər ki, oxuyanlar ya molla, ya da ateist olar. Dərslik insanı vətənpərvər də edə bilər, kosmopolit də. Bu baxımdan dərslik siyasəti çox ciddi məsələdir.Amma bu məsələyə həmişə münasibət ciddi olmayıb”.
Ekspert hesab edir ki, ictimaiyyətdə, kütləvi informasiya vasitələrində bu məsələnin müzakirə edilməsi çox önəmlidir:
“Dərsliklərin keyfiyyət artırılmalıdır. Onlar hazırlanarkən milli və mənəvi dəyərlər qorunmalıdır. Söz xətrinə hansısa ifadələri kitablara gətirmək olmaz.Təəssüflər olsun ki, dərslikləri qiymətləndirən ekspertlər, mütəxəssislər bəzən müəlliflərdən də aşağı səviyyədə bilik və bacarıqlara sahib olurlar. Dərslik dövlətin strateji əhəmiyyətli sahəsidir. Dövlət bəzən öz idealogiyasını məhz dərsliklər vasitəsilə həyata keçirir. Lakin bu gün etiraf edək ki, dərsliklər ciddi şəkildə nəzarətdən kənarda qalıb”.
Təhsil ekspertinin qənaətincə, hazırda kimlərsə bu sahədə yaranmış boşluqdan istifadə edərək şagirddə heç bir bilik və bacarıqlarının formalaşdırılmasına xidmət etməyən dərs vəsaitləri hazırlayırlar:
"Hesab edirəm ki, dərsliklərin yazılması üçün ayrıca mərkəz yaradılmalıdır. Lakin onların daha da inkişaf etdirilməsini, yaxşılaşmasını istəyiriksə, əvvəlki illərdə dərslik müəllifi olmuş şəxsləri heç bir halda o mərkəzə işə cəlb etməməliyik. Artıq onların xoş olmayan təcrübəsindən azad olmağın vaxtıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya